Accessibility links

Qadınlar arasında çempion Ronda Rausi Holli Holma məğlubiyyətinə dair açıqlama verib [Video]


Ronda Rousey
Ronda Rousey

Sabiq UFC yüngülçəkili çempion Ronda Rausi nəhayət ki, Holli Holma dağıdıcı məğlubiyyətinə dair açıqlama verib.

People veb səhifəsinə istinadən 28 yaşlı idmançı ESPN jurnalına İlin İdeyaları

buraxılışında deyib ki, huşunu itirməklə nəticələnən məğlubiyyəti onu çox məyus edib.

Bu anadək heç bir zaman məğlub olmayan Ronda indi idmandan

uzaqlaşmazdan əvvəl bir məğlubiyəti olduğuna görə məyusdur.

Onun hələ də dodağında tikişlər var. Amma sağalmaq üzrədir. Ronda deyir ki,

Holli onu ayaq zərbəsi ilə yerə yıxdıqdan sonra onun bir neçə dişi sınıb.

O deyir ki, onun sadəcə alma yeməsi üçün 3-6 ay arası gözləməsi lazımdır. Qaldı ki, yarışa qayıtması.

Mixed Martial Art idman təşkilatının prezidenti Dana Vayt isə Holli ilə Rondanın

rinqdə bir daha görüşmələri üzərində işləyir.

Hər şey Rondanın səhhətinin nə zaman düzələcəyindən asılıdır.

XS
SM
MD
LG