Accessibility links

Ronda Rousi qarşısında yeni imkanlar açılır


Yüngül çəkidə keçmiş UFC çempionu Ronda Rousi NBC tele kanalının Amerika draması janrında Blindspot serialına dəvət edilib. O, ştatlararası silah keçirdiyinə məhkum olmuş məhbus rolunu ifa edəcək.

Hamı onun serialda çəkilməsini gözləyir. Yeni epidozun may ayında göstəriləcəyi gözlənilir.

Rondanın azarkeşləri onu UFC 207-də Amanda Nunesə məğlub olmasından sonra ilk dəfə olaraq görəcək.

Onun Road House serialında çəkiləcəyi haqda şaiyələr dolaşırdı…amma 2015-ci ildə Holli Holma uduzduqdan sonra bu layihə də bir tərəfə qoyulmuşdu.

İndi çoxları bu filmin nə vaxtsa çəkilib-çəkilməyəcəyini sual edir.

Rondanın yenidən kamera qarşısına qayıtması yaxşı oldu.

Çünki çoxları onun artıq bir daha çəkiliş meydançasına çıxmayacağını düşünürdü.

XS
SM
MD
LG