Accessibility links

Elm

Rozetta layihəsi-Məhv olan dillər



Dünyada hazırda 7 min dildə danışılır. Lakin əsrin sonunadək bu dillərin yarısının yoxa çıxma təhlükəsi mövcuddur. Rozetta layihəsi adlandırılan təşəbbüs dillərin gələcək nəsilllərə çatdırılması mahiyyəti daşıyır.

Vaşinqtonda yerləşən Smitsonian institutu bu yaxınlarda məhv olmaqda olan dillər kimi havay və Sibirdə danışılan tuva dillərini göstərib.

Dilçilər dillərin hesabını aparır. Onların bəziləri məhv olmazdan əvvəl əsrlərlə yaşayıb.

Amertikalı tələbələr dilçi alimlərlə bərabər məhv olmaqda olan dillərin rəqəmsal yazısı üzərində işləyir.

Proqram 1801-ci ildə Nil vadisində Napoleon tərəfindən aşkar edilən Rozetta daşından ilham alıb.

Hazırda Britaniya muzeyinin eksponatı olan bu daşın üzərinə qədim yunan və Misirin iki qədim yazısı həkk edilib. Bu daş alimlərə Misir ieroqliflərini açmağa yardım edib.

Layihəyə Long Nou Fondu start verib. Bu layihə mətnlərin onlayn arxivləşdirilməsi və onların optik disklərə yazılmasını təmin edir.

Hazırda 150 dilin 13 min səhifəlik miskoskopik surəti mövcuddur. Fondun rəhbəri Aleksander Roz.“Parallel mətnlər, dillərin məkanını göstərən xəritələr dillər arasında fərqlərin müəyyən edilməsinə yardım edir. Bu, alimlərə dillər arasında parallel aparmaqla, onların kökünün müəyyən etmək imkanı bəxş edir.”

Bu dillərin çoxu kiçik qruplar tərəfindən danışılıb. Rozetta layihəsinin direktoru Lora Uelçer. “Bu dillərdə dünyanın ucqar bölgələrində 1000 nəfər, bəlkə də daha az insan danışıb. Onlar yaxşı sənədləşdirilməyib.”

Uelçer deyir ki, Rozetta layihəsi öz payına düşəni edir. “Məqsəd dünyanın geniş linqvistik kolleksiyanı yaratmaqdır. Bu, gələcək nəsillərə töhvə edəcəyimiz sirli kodlaşdırma ola bilər. ”

Gələcək nəsillərə qalacaq arxivin adı Rosetta daşı-2 ola bilər.
XS
SM
MD
LG