Accessibility links

Rosneft Azərbaycan vasitəsi ilə İrana benzin ixrac edəcək


Rusiyanın Rosneft şirkəti

Rusiyanın Rosneft şirkəti

“Rosneft” 2017-ci ildən İrana benzin tədarük edəcək. Bu vaxta kimi şirkətin 49% paya malik olduğu Petrocas Cənubi Qafqaz dəhlizi vasitəsilə logistik terminal istismara verəcək. Bu barədə Rusiyanın RBC saytı məlumat yayıb.

Petrocas Energy Group şirkətinin 49% səhmini “Rosneft” 2015-ci ilin yanvarında $144 mln-a alıb. Şirkət İranın Neka və Ənzəli limanlarına Poti limanından benzin və dizel yanacağı tədarük etmək istəyir. Bu barədə RBK-ya Petrocas Energy Groupun baş direktoru Vano Nakaidze bildirib və majoritar səhmdar Yakobaşvili (51%) bunu təsdiq edib.

Nakaidzenin sözlərinə görə, Poti terminalının buraxılış qabiliyyəti ildə 3 mln tondur. İndi o, 1–1,5 mln ton yüklənib. İndi bu terminaldan Ermənistan (ölkə istehlakının 80%-i), Azərbaycan və Gürcüstana neft məhsulları tədarük edilir. Neft məhsullarını dəmir yolu ilə Bakıya gətirib tankerlərlə İrana çatdırmaq planlaşdırılır.

İran bazarına çıxıb ildə 1 mln ton benzin satmaq üçün Petrocas terminalı genişləndirmək istəyir: əlavə sistern və dəmiryolu vaqonları alınacaq, həmçinin dəmiryolu və infrastruktur qaydaya salınmalı, Xəzərdə yükün tankerlərə yüklənməsi üçün tədbirlər görülməlidir, deyə Yakobaşvili bildirib. Bu işə $100–200 mln xərclənəcək.

Nakaidzenin sözlərinə görə, İran bazarını mənimsəmək, 2017-ci ildə Potidən 3 mln ton neft məhsulları tədarük etmək nəzərdə tutulur. Bunun 1 mln tonu İrana veriləcək, qalanını Avropaya tədarük üçün Türkmənistan və Qazaxıstan alacaq. Nakaidzenin sözlərinə görə, İrana tədarükün yarısını “Rosneft” təmin edəcək.

“Əgər, Cənubi Qafqaz dəhlizi vasitəsilə İrana marşrut yaradılması planı baş tutsa, Petrocas “Rosneft”in öz yanacağı ilə İran bazarına çıxması arzusunu nəzərə alacaq”, Yakobaşvili bildirib.

“Türkmənistan və Qazaxıstandan Cənubi Qafqaz dəhlizi vasitəsilə neft məhsulları idxal edib Avropaya tədarük etmək mümkün olacaq”, o əlavə edib.

“Rosneft”in mətbuat katibi M.Leontyev şirkətin İran bazarına marağını şərh etməyib. 2015-ci ilin dekabrında “Rosneft”in rəhbəri İqor Seçin İranın neft naziri Zəncani ilə görüşüb. Görüşdə bu ölkədə neft və qaz layihələrinə investisiyalar müzakirə edilib.

RBK İranın Neft Nazirliyindən şərh ala bilməyib. İyunun ortalarında İranın neft naziri deyib ki, respublika sutkada 3,8 mln barrel neft çıxarır. Bunun 2 mln barreli ixrac edilir. Amma, ölkədə benzin qıtlığı var. İran 2020-ci ilə kimi NEZ tikib benzin emalını 1,85 mln-dan 3,2 mln barrelə artırmağı planlaşdırır, National Iranian Oil Refining & Distributionun icraçı direktoru Abbas Kazemi Bloomberg-ə bildirib. Mövcud NEZ-lərin modernləşdirilməsi üçün $14 mlrd tələb olunur.

Yakobaşvili İranın qısa müddətə benzin qıtlığı problemini həll edəcəyinə şübhə ilə yanaşır. “Sanksiyalar tam ləğv edilməyib, Qərb avadanlığı olmadan onlar zavod tikə bilməz”.

2016-cı ilin martı üçün İranda benzinə tələbat gündə 70 mln litr olub. Bunun 9 mln litri ( 6,8 min ton) idxal edilib, deyə Bloomberg agentliyi National Iranian Oil Products Distribution Co-ya istinadən bildirir. Beləliklə, illik idxal 2,5 mln tondur.

İranda gerçəkdən benzin qıtlığı var. Amma Rusiyadan Cənubi Qafqaz dəhlizi vasitəsilə neft məhsulları daşımaq bahadır və logistik cəhətdən çətindir, deyə Sberbank CIB analitiki Valeri Nesterov bildirir. «Poti terminalı Qara dənizdə, yükün qəbulu limanları İranda – Xəzərdədir. Nəticədə tankerdən tankerə boşaltma, dəmir yolu ilə daşımaq lazım gəlir: daşınmada istənilən ləngimə yükün çatıdırılmasının gecikməsi deməkdir”, ekspert bildirir.

Nakaidze bildirir ki, limanlardan və dəmir yolundan istifadə ilə duru neft məhsullarının tədarükünün logistikası Petrocas üçün mənfəətlidir və bir neçə il ərzində Avropadan Ermənistan və Əfqanıstana neft məhsullarının tədarükü ilə sınaqdan çıxarılıb.

Öz növbəsində, Turan agentliyi qeyd edir ki, İrana benzin tədarükünün daha real və səmərəli marşrutu 2017-ci ildə işə düşəcək Şimal-Cənub dəmiryolu dəhlizi ola bilər.

XS
SM
MD
LG