Accessibility links

SOCAR prezidenti: İdrak Abbasov Sulutəpədə əmlakçıların maraqlarını müdafiə edirdi


Jurnalist İdrak Abbasov
Jurnalist İdrak Abbasov

Bu il aprelin 18-də jurnalist İdrak Abbasov ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülüb. Bu gün isə onun evinin ətrafında çəkiliş aparıblar

Turan agentliyinin məlumatına görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin təhlükəsizlik xidmətinin işçilərinin jurnalist İdrak Abbasovu döyməsi haqqında ittihamları təkzib edib.

“İdrak Abbasov Sulutəpədə jurnalist kimi fəaliyyət göstərmirdi, qanunsuz torpaq satışı ilə məşğul olan bir qrup əmlakçının müdafiəçisi rolunda çıxış edirdi”, deyə Abdullayev bildirib.

Abbasov jurnalist jileti geymişdi və ona amansız hücumun onlarla şahidi var, bu necə ola bilər? – sualına cavabda şirkət rəhbəri bildirib ki, bu, yalandır.

“Jileti ona sonradan geydiriblər, o, əməkdaşları təhrik edir, onlara daş atırdı. Əlimdə buna dair faktlar var.
Ümumiyyətlə, İdrak Abbasov və qardaşı Sulutəpədə torpaq alış-verişi üzrə qanunsuz sövdələşmələrdə iştirak edirlər”, deyə Abdullayev bildirib.

O, şirkət işçilərinin qanunsuz mənzillərin sökülməsi üzrə əməllərinə bəraət qazandıraraq, hazır evlərin sökülmədiyini, “yalnız tamamlanmamış, içərisində heç kim yaşamayan evlərin tikintisinin qarşısı alındığını” iddia edib.

İdrak Abbasovun döyülməsinə görə niyə heç kimin cəzalandırılmadığı haqqında suala cavabda Abdullayev bildirib ki, onlar qanunsuz heç nə etməyiblər, sadəcə “səlahiyyətlərini bir qədər aşıblar”.

Bu il aprelin 18-də Sulutəpə qəsəbəsində aparılan söküntüdə baş vermiş insident zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalist İdrak Abbasov ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülüb. Nəticədə jurnalist kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ göz orbitasının əzilməsi və qançırları, sağ göz qapağının əzilib cırılmış yarası, sol tərəfdə 10-11-ci qabırğaların sınığı, bel-kürək nahiyəsi yumşaq toxumaların əzilməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzdə malicə kursu keçib.

Jurnalist apreldə aldığı xəsarətlərinin nəticələrinin bir qismimi aradan qaldırmaq üçün bu günlərdə yenidən cərrahi əməliyyat olunub.

Elə bu gün, noyabrın 30-da journalist yenidən problemlərlə üzləşib. Onun evinin ətrafında bir qrup şəxs çəkilişlər aparıb.

İ.Abbasov prezident İlham Əliyev, mili təhlükəsizlik naziri, baş prokuror, daxili işlər naziri, KİV redaktorları, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri, xarici ölkələrin və beynəlxalq qurumların Azərbaycanda akkreditə olunmuş missiyalarına müraciət edərək özünün, ailəsinin və yaxınlarının həyatına gözlənilən təhlükəni aradan qaldırmağa çağırıb.

“Ailəmə ölkəmizdə təhlükəsiz yaşayıb - işləməyə şərait yaratmağa yardım etməyinizi xahiş edirəm”, - o vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG