Accessibility links

Rövşən Rzayev: ABŞ-a sanksiyaları nəzərdə tutan layihə hazırlayıram - mübarizəmizi aparırıq [Audio-Müsahibə]


Rövşən Rzayev

Rövşən Rzayev

Deputat “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini şərh edir

Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin insan haqları pozuntularında əli olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar nəzərdə tutan "Azərbaycan Demokratiya Aktı"-na cavab olaraq qanunvericilik təşəbbüsü ilə çıxış edir.

Helsinki Komissiyasına sədrlik edən Nyu-York ştatının nümayəndəsi Kris Smit bildirib ki, ABŞ-ın Azərbaycanla ortaq maraqları olsa da, Azərbaycanda insan haqları sahəsindəki pozuntular iki ölkə arasındakı əməkdaşlığa mane olur. Onun sözlərinə görə İlham Əliyev hökümətinə sərt mesaj göndərməyin vaxtı çatıb və elə bu səbəblə də cənab Smit “2015 Azərbaycan Demokratiya Aktı” adlı sanksiyalar paketi tərtib edib.

Məqsədim ondan ibarətdir ki, ABŞ-da Azərbaycana qarşı işlər erməni lobbisinin təkidi altında aparılır. Azərbaycanı bu cür təqdim eləməklə Amerikada yaşayan erməni lobbisinin təkidi altında göstərmək istəyirlər ki, Azərbaycan nə qədər zəif haldadır ki, Dağlıq Qarabağ bunların tərkibində qala bilməz.

Azərbaycanın yerli medasının məlumatına görə, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev konqresmen Smitə cavab olaraq Azərbaycan parlamentinə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim edib.

Rövşən Rzayev Amerikanın Səsinə müsahibəsində belə bir qanun layihəsini hazırladığını təsdiq edib, amma hələ Milli Məclisə təqdim etməyib.

Qanun layihəsinin hazırlanmasını o, belə əsaslandırıb: “Məqsədim ondan ibarətdir ki, ABŞ-da Azərbaycana qarşı işlər erməni lobbisinin təkidi altında aparılır. Azərbaycanı bu cür təqdim eləməklə Amerikada yaşayan erməni lobbisinin təkidi altında göstərmək istəyirlər ki, Azərbaycan nə qədər zəif haldadır ki, Dağlıq Qarabağ bunların tərkibində qala bilməz. Son nəticədə bu ona işləyən haldır. Bu məni çox narahat edir. Bu məsələni biz cavabsız qoya bilmərik,” o, qeyd edib.

“Sizin layihəniz qəbul olunarsa Azərbaycan geopolitik, siyasi, iqtisadi baxımdan nə qazana bilər?” - sualına cavabda R.Rzayev deyib ki, Azərbaycan öz mübarizəsini edir.

“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın ərazisi işğal altındadır. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək üçün öz mübarizəsini aparılmalıdır. Təbii ki, Azərbaycan özünün bildiyi addımları atmağı bacarmalıdır. Mən də bu məsələni Milli Məclisdə qaldırıb Azərbaycanın ərazi bütövlüyünü qorunması istiqamətində, Azərbaycana bu cür təkidlərin sona gətirilməsindən ötəri öz düşüncəmi irəli sürmək istəyirəm,” deputat bildirib.

Yerli media Rzayevin hazırladığı qanun layihəsinin mətnini dərc edib. “Mən hələ layihənin üzərində işləyirəm və mediaya bu layihəni təqdim etməmişəm. Görünür haradansa mediaya sızıb,” o, qeyd edib.

Konqres tərəfindən qəbul olunarsa, "Azərbaycan Demokratiya Aktı" insan haqlarını pozan Azərbaycan rəsmilərinə sərt sanksiyalar tətbiq edəcək.

Konqres tərəfindən qəbul olunarsa, "Azərbaycan Demokratiya Aktı" insan haqlarını pozan Azərbaycan rəsmilərinə sərt sanksiyalar tətbiq edəcək.

Yerli medianın dərc etdiyi layihənin qərar hissəsində Xarici İşlər Nazirliyinə tövsiyə edilir ki, ABŞ hökumətində təmsil olunan şəxslərə və onların ailə üzvlərinə, ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlərə, senatorlara və onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslərə, siyasətçilərə, Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərlərinə, qeyri-hökumət təşkilatlarının təmsilçilərinə və ekspertlərə, ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslərə, ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslərə, seçki saxtakarlığında iştirak edənlərə, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlara, ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlara Azərbaycana gəlmək üçün viza verilməsindən imtina etsin.

Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilir ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.

Özəl sektorun təmsilçilərinə tövsiyə edilir ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.

Sanksiyalar paketinin müəllifi Kristofer Smit Xədicə İsmayılın həbsə salınmasından hiddətini ifadə edib.

Sanksiyalar paketinin müəllifi Kristofer Smit Xədicə İsmayılın həbsə salınmasından hiddətini ifadə edib.

Həmçinin qanun layihəsində ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməməsi və onların bank hesabları bağlanılması, ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülməsi nəzərdə tutulur.

Layidə ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (ISAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakın dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsi də qaldırılır.

Azərbaycan rəsmiləri tez-tez insan haqları sahəsində hökumətin davranışını tənqid edən xarici dövlət rəsmilərini və hüquq müdafiəçilərini ermənipərəstlikdə ittiham edirlər.

Show comments

XS
SM
MD
LG