Accessibility links

ABŞ-ın dərin sularında ofşor qazma işləri davam etdiriləcək


ABŞ-ın dərin sularında ofşor qazma işləri davam etdiriləcək

ABŞ-ın dərin sularında ofşor qazma işləri davam etdiriləcək

Voser deyib ki, Meksika Körfəzində baş verən hadisənin təkrar olunmaması üçün təhlükəsizlik sahəsində təkmilləşdirmə işləri görülməlidir

Royal Dutch Shell neft şirkətinin rəhbəri deyib ki, ABŞ-ın dərin sularında ofşor qazma işləri davam etdiriləcək. Lakin o deyib ki, sənaye Meksika Körfəzində baş verən hadisənin təkrar olunmaması üçün təhlükəsizlik sahəsində təkmilləşdirmə işləri görülməlidir. Piter Voser bu gün ABŞ televiziyasında çıxışı zamanı dünyada sayı artmaqda olan əhalinin təlabatını ödəmək məqsədi ilə çox güman ki, qazma işlərinin davam etdiriləcəyini bildirib. O deyib ki, dəyişikliklər bu işləri uğurlu aparmaq üçün zəruridir. Voser deyib ki, Meksika Körfəzində baş verən hadisə mütəxəssislərə neftçilər və qazma əməliyatlarını daha yaxşı qorumağı öyrənməyə kömək edəcək. Xam neftin quyudan Meksika Körfəzinə sızmasına aprelin 20-də neft buruğunda 11 nəfərin ölümü ilə nəticələnən partlayış səbəb olmuşdu.

XS
SM
MD
LG