Accessibility links

Şahzadə Vilyam və Keyt Midltonun toyunda iştirak edəcək qonaqların siyahısı açıqlanıb

  • Amerikanın səsi

Şahzadə Vilyam və Keyt Midltonun toyunda iştirak edəcək qonaqların siyahısı açıqlanıb

Şahzadə Vilyam və Keyt Midltonun toyunda iştirak edəcək qonaqların siyahısı açıqlanıb

Britaniya monarx ailəsi şahzadə Vilyam və Keyt Midltonun cümə günü toyuna dəvət olunmuş qonaqların siyahısını açıqlayıb. Dünya şöhrətli müğənni Elton Con və futbol ulduzu Deyvid Bekem toyda iştirak edəcəklərini təsdiqləyən qonaqlar arasındadır. Toya 1900 qonaq dəvət olunub. Buraya xarici ölkə rəsmiləri və dünya monarx ailələrinin 40-dan çox üzvü daxildir. Bəhreyn şahzadəsi Salman bin Hamad əl-Xəlifə və Səfuiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Navaf Əbdüləziz onlar arasındadır. Danimarka, Norveç, İspaniya, Tailand və Mərakeşin də kral ailələrinin izvləri toyda iştirak edəcək.

XS
SM
MD
LG