Accessibility links

"Rozi" - Amerikada müharibə dövrünün əməkçi qadın simvolu


İkinci Dünya müharibəsi zamanı Amerikada milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün presedenti olmayan bir şəkildə işisi qüvvəsi sıralarına qoşuldu. Bunun başlıca səbəbi işçi qüvvəsinin əsas hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə əlaqədar idi. 1940-1945-ci illər arasında ABŞ-da qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi. Qadınlar hərbi sənaye daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Amerikada hər dörd ailəli qadından biri işləyirdi.

"Rozi"nin portreti üçün model olmuş Meri Doyl Keefe
"Rozi"nin portreti üçün model olmuş Meri Doyl Keefe

ABŞ hökuməti İkinci Dünya müharibəsi dövrü qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlamışdı. Bu kampaniyanın qəhrəmanı-“Çəkicvuran Rozi”nin qollarının gücünü nümayiş etdirən portreti Amerikada müharibə dövrünün ən yadda qalan şəkillərindən birinə çevrilmişdi. Qadın qüdrətinin mücəssəməsi olan “Rozi” qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.

Hərbi sənaye sahəsində çalışan amerikalı qadınlar
Hərbi sənaye sahəsində çalışan amerikalı qadınlar

“Rozi”nin portretini yaratmaq üçün Vermont ştatının Arlinqton şəhərində yaşayan rəssam Norman Rokvell qonşu telefonçu qızın model olmasını istəmişdi. Meri Doyl Keefe adlı gənc qızın ağır sənaye sahəsində iş təcrübəsi yox idi. Lakin onun görünüşü rəssamın yaratmaq istədiyi qələbə əzmli, zəhmətə qatlaşmağa hazır olan gənc amerikalı qadın obrazına uyğun idi.

İkinci Dünya müharibəsi dövrü arxa cəbhədə işçi qüvvəsinin bir hissəsi olan Amerika qadınları bu gün
İkinci Dünya müharibəsi dövrü arxa cəbhədə işçi qüvvəsinin bir hissəsi olan Amerika qadınları bu gün

“Rozi" Amerikada əməkçi qadının bir simvoluna çevrildi. Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və posterlərində “Rozi”nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı. “Rozi” bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi. “Rozi”nin portretinin üzərində “Biz bunu edə bilərik!” sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.

Merilin Monronun İkinci Dünya müharibəsi dövrü təyyarə zavodunda çalışdığı zaman çəkilmiş fotosu
Merilin Monronun İkinci Dünya müharibəsi dövrü təyyarə zavodunda çalışdığı zaman çəkilmiş fotosu

Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Merilin Monro da böyük ekrana gəlməmişdən əvvəl İkinci Dünya müharibəsi dövrü gündə 10 saat təyyarə zavodunda işləyib. O zaman böyük ekran ulduzu olacaq 18 yaşlı Norma Cean Mortensonun həyat yoldaşı dənizçi kimi Avropada müharibədə iştirak edirdi.

Altı milyondan çox amerikalı qadın təyyarələr, bombalar, tanklar və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci Dünya Müharibəsində qələbəsinə böyük töhfə vermişdir.

Yazının orijinalı ilk dəfə Dilşad Əliyarlıın "Qadın dünyası" bloqunda yerləşdirilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG