Accessibility links

Dövlət katibinin yardımçısı Tomas Melia:"Avropada demokratiya və insan hüquqları sahəsində ən ağır vəziyyət Rusiyadadır"


Dövlət katibinin yardımçısı Tomas Melia:"Avropada demokratiya və insan hüquqları sahəsində ən ağır vəziyyət Rusiyadadır"
Dövlət katibinin yardımçısı Tomas Melia:"Avropada demokratiya və insan hüquqları sahəsində ən ağır vəziyyət Rusiyadadır"

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində “Şərqi Avropa:Demokratiya və azadlıqların vəziyyəti” mövzusunda dinləmələr keçirilib. Dinləmələri açan alt komitənin sədri Den Barton regionun 20 il əvvəl Sovet İttifaqının dağılmasından sonra mühüm bir dövr keçdiyini qeyd edbi. Onun sözlərinə görə, bu dövr ərzində Baltik ölkələri kimi bəzi ölkələrdə demokratik idarəçilik formalarına keçid mümkün olmuş, lakin bir sıra ölkələrdə hlə də çox saylı problemlər qalmaqdadır.

ABŞ qanunvericisi Rusiyada demokratiya və insan hüquqlarının vəziyyətinə xüsusi diqqət verildiyini qeyd edib. Den Barton Rusiyada demokratiya və azadlıqların bugünkü durumunu qeyd edərək, Birləşmiş Ştatların status-kvo vəziyyətinə dözməyəcəyini vurğulayıb.

Dinləmələrə dəvət olunmuş ABŞ Dövlət katibinin Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri üzrə müavininin köməkçisi Tomas Melia Avropa ölkələri arasında insan hüquqları sahəsində ən ağır vəziyyətin Rusiyada olduğunu deyib. O, dekabrda qarşıdan gələn partlament seçkilərinin beynəlxalq standartlara uyğun keçməsi ilə bağlı şübhələrin olduğunu dilə gətirib. Tomas Melia Rusiyada etirazını açıq şəkildə bildirən, ədalətin bərqərar olmasını istəyən və hökumətlə müxtəlif səviyyələrdə mübahisələri olan insanların təqib olunması və hətta qətlə yetirilməsi faktlarını nəzərə çatdırıb. Buna misal olaraq o, Natalya Estemirova və Sergey Maqnitskini göstərib. Onun bildirdiyinə görə, ABŞ hökuməti dəfələrlə Maqnitskinin qətlində müqəssir olanları cəzalandırmağa çağırıb. O, Birləşmiş Ştatların işlə bağlı Rusiya hökumətinə təzyiq göstərməyə davam etdiyini deyib.

“Freedom House” təşkilatının rəhbəri Deyvid Kramer də öz çıxışında Rusiyada vəziyyətə geniş yer verib. O, Rusiyanın fundamental azadlıqlar və dəyərlərdən get-getə daha çox geri çəkildiyini bildirib. Deyvid Kramer ABŞ Dövlət Departamentinin Maqnitskinin işi ilə bağlı adı hallanan bəzi şəxslərin Birləşmiş Ştatlara daxil olmasına icazə verilməyən şəxslərin siyahısına salmasını dəstəklədiyini deyib. Kramer qeyd edib ki, Rusiyanın fundamental azadlıqlar və ümumi qəbul olunmuş dəyərlədən uzaqlaşması Amerikanın maraqlarını sarsıdır.

O, Avrasiya regionu ölkələrini birləşdirən bir sıra ümumi cəhətləri göstərərək deyib ki, bu ölkələrin bir çoxunda hakimiyyəti əllərində saxlayan avtoritar rejimlər siyasi rəqabətə imkan verməyərək, dövlət səviyyəsində səhnələşdirilmiş seçkilər keçirir. Onun sözlərinə görə, bu ölkələrdə korrupsiya və qanunsuzluq iqtisadi imkanlar və islahatların qarşısını alır. O, Qafqaz bölgəsində yalnız Gürcüstanda demokratiya və insan hüquqları sahəsində inkişafın müşahidə edildiyini qeyd edib, Azərbaycanda isə bu sahədə geriləmənin olduğunu deyib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG