Accessibility links

Rəsmi Belqrad Ratko Mladiçin yaxalandığını təsdiq edib


Rəsmi Belqrad Ratko Mladiçin yaxalandığını təsdiq edib

Rəsmi Belqrad Ratko Mladiçin yaxalandığını təsdiq edib

Serbiya prezidenti Boris Tadiç sabiq Bosniya serb komandiri Ratko Mladiçin həbs olunduğunu təsdiq edib.

Sabiq Bosniya serb komandiri Mladiç 1995-ci ildən bəri axtarışdadır. Həmin ildə BMT müharibə cinayətləri tribunalı on qarşı Srebrenitsada 8,000 müsəlman kişilərin qətlləri ilə bağlı genosid ittihamı irəli sürmüşdü. O, həmçinin Bosniya münaqişəsi zamanı törədilən başqa vəhşiliklərdə günahlandırılır.

Ötən həftə müharibə cinayətləri tribunalının baş prokuroru Serge Brammertz demişdi ki, Serbiya hökuməti Mladiç və axtarışda olan Xorvatiya serbi Qoran Hadzişin yaxalanması üçün kifayət qədər iş görməyib.

XS
SM
MD
LG