Accessibility links

Seul Şimalı Koreyanı hərbi gəmini batırmaqda ittiham edir


Rəsmi Seulun kommunist rəqibini onun hərbi gəmisini batırmaqda günahlandırmasından bir gün sonra Şimali və Cənubi Koreya arasında gərginliklər artıb

Rəsmi Seulun kommunist rəqibini onun hərbi gəmisini batırmaqda günahlandırmasından bir gün sonra Şimali və Cənubi Koreya arasında gərginliklər artıb. Cənubi Koreya prezidenti Li Myunq-bak cümə günü Milli Təhlükəsizlik Müşavirliyinin fövqəladə iclasında 26 mart hadisəsini hərbi təxribat kimi təsvir edib.

Cənab Li deyib ki, Çeonan gəmisinə edilən dağıdıcı hücum BMT-nin nizamnaməsi və 1953-cü il Koreya müharibəsinə son qoyan sülhün pozulması anlamına gəlir. BMT-nin Cənubi Koreyadakı komandanlığı bu iddianı araşdıracaq. Şimalı Koreya hadisə üçün məsuliyyət daşıdığını rədd edib və hər hansı bir qisas addımını tam müharibə ilə cavablandıracağını bəyan edib.

Prezident Li tədbirli cavab verilməsinə çagırıb. Onun ölkəsi Şimalı Koreyaya qarşı sanksiyaların tətbiq ediməsi və ya digər tədbirlərin götürülməsi məqsədi ilə məsələni BMT-nin təhlükəsizlik şurası qarşısına çıxarmağı nəzərdə tutur.

Beynəlxalq təhqiqatçılar qrupu cümə axşamı hesabat açıqlayıb. Hesabatda gəlinən qənaətə əsasən Şimalı Koreyanın sualtı qayığından atılan torpedo martın 26-da 46 dənizçinin ölümü və Çeonan gəmisinin batmasına səbəb olub.

XS
SM
MD
LG