Accessibility links

Rəsmi Tehran Bəhreynin bəyanatlarına reaksiya verib


Rəsmi Tehran Bəhreynin bəyanatlarına reaksiya verib

Rəsmi Tehran Bəhreynin bəyanatlarına reaksiya verib

İran bildirib ki, bölgə xalqları arasında böyük bir oyanış dalğası başlanıb. Bu dalğa region ölkələrinin hər birində dəyişikliklərə gətirib çıxaracaq. Yeganə yol xalqın istəyini eşitmək və onları həyata keçirməkdir.

Aprelin 19-da jurnalistlərlə görüşən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Bəhreyn xarici işlər naziri Xalid Bin Həməd Al-Xəlifənin İrana qarşı bəyanatlarına reaksiya verib.

Aprelin 18-də Bəhreynin xarici işlər naziri İran təhlükəsindən danışıb. O deyib ki, İranın Fars körfəzində ərəb ölkələrinə qarşı təhdidi ortadan qaldırılmayınca Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri Bəhreyndən çıxarılmayacaq: “Bunlar təkcə Səudiyyə Ərəbistanına məxsus qüvvələr yox, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin qüvvələridir və yalnız İranın təhdidi aradan qalxandan sonra Bəhreyni tərk edəcəklər”.

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst bildirib: “Biz ölkəmizin Bəhreyndəki hadisələrlə bağlı mövqeyini açıq bəyan etmişik. Bölgə xalqları arasında böyük bir oyanış dalğası başlanıb. Bu dalğa region ölkələrinin hər birində dəyişikliklərə gətirib çıxaracaq. Yeganə yol xalqın istəyini eşitmək və onları həyata keçirməkdir. Bu ölkə (Bəhreyn) rəsmilərinin və onun hərbi qüvvələrinin zorakılığa üz tutması və bu yolla problemin həlinə çalışması səhv addımdır. Onların düşdükləri böhrandan çıxmaq məqsədilə digər ölkələrə qarşı ittihamlar irəli sürməsi düzgün deyil. Bu, məsələnin həllinə yardım etməyəcək”.

Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.

XS
SM
MD
LG