Accessibility links

Rəsmi Vaşinqton Rusiyada mitinqləri dialoqa müsbət işarə kimi qiymətləndirir

  • Azerbaijani Service

Rəsmi Vaşinqton Rusiyada mitinqləri dialoqa müsbət işarə kimi qiymətləndirir

Rəsmi Vaşinqton Rusiyada mitinqləri dialoqa müsbət işarə kimi qiymətləndirir

Ağ Evin mətbuat katibi Cey Karni bazar ertəsi keçirilən brifinq zamanı administrasiyanın Rusiyada mitinqlərə münasibəti ilə bağlı sualı cavablandırıb.

“Prezident Medvedev keçən həftə parlament seçkilərində pozuntulara dair iddialarla bağlı təhqiqat aparılması haqda göstəriş verib. ABŞ, Ağ Evin buna reaksiyası nədir?”sualının cavabında Cey Karni deyib ki, Moskvada və Rusiyanın başqa şəhərlərində keçən həftənin şənbə günü keçirilən mitinqlər demokratik prosesə dəstək verənlərin hamısı üçün müsbət siqnaldır.

“Rusiya hökumət rəsmiləri nümayişlərin keçirilməsini sanksiyalaşdırıb və onların gedişinə mane olmayıb. Nümayişçilər qanun çərçivəsində hərəkət ediblər və mitinqlər dinc keçib. Hökumətin və ictimaiyyətin liderlərinin dialoqa hazır olduğu haqda bir təsəvvür yaranır. Biz həmçinin prezident Medvedevin Mərkəzi Seçki Komissiyasına səsvermə prosesində pozuntuların araşdırılması haqda göstəriş verməsini alqışlayırıq və ümid edirik ki, bu ölkədə toplaşmaq azadlığına hörmət edilməsində yeni dövrün başlanığı olacaq”-deyə Cey Karni bildirib.

XS
SM
MD
LG