Accessibility links

Rəsmi Vaşinqton Suriyada media mənsublarının həbslərini pisləyir

  • Amerikanın səsi

Rəsmi Vaşinqton Suriyada media mənsublarının həbslərini pisləyir

Rəsmi Vaşinqton Suriyada media mənsublarının həbslərini pisləyir

Fevralın 16-da, hətta BMT Baş Assambleyası Ərəb Liqasının Suriya prezidenti Bəşar əl-Əsədin istefa verməsinə dair irəli sürdüyü plana böyük səs çoxluğu ilə səs verirkən, Suriya silahlı qüvvələri Suriya Media və İfadə Azadlığı Mərkəzinin (SMM) Dəməşq ofisinə reyd keçiriblər. Onlar SMM-ə məxsus kompüterləri və başqa texnoloji avadanlığı müsadirə etmiş, habelə 16 jurnalist, bloger və media fəalını həbs etmişlər.

İki gün sonra yeddi qadın fəal sərbəst buraxılıb, amma SMM-in prezidenti Mazen Dərviş də daxil olmaqla doqquz kişi hələ də həbsdə qalır.

Jurnalistləri Müdafiə Komitəsinə əsasən, SMM Suriyadan gündəlik informasiyanın dünyaya yayılmasında aparıcı rol oynayıb. Belə ki, xarici jurnalistlərin Suriyaya girişi qadağandır.

Bu, Suriyada media məsələləri və internetə çıxışla məşğul olan yeganə qeyri-hökumət təşkilatıdır. Ötən ilin iyulunda SMM-ə BMT İqtisadi və Sosial Şurasında məşvərətçi status verilmişdi, və oktyabrda SMM-in prezidenti Dərviş Roland Berger İnsan Ləyaqəti Mükafatı ilə təltif olunub.

“Yeddi ay bundan öncə mən BMT İqtisadi və Sosial Şurasının Suriya Media və İfadə Azadlığı Mərkəzinə məşvərətçi status verməsini alqışlamışdım,” deyə ABŞ-ın BMT-dəki xüsusi təmsilçisi Susan Rice bildirib. “İnsan haqlarının mətin müdafiəçisi olan ilk suriyalı QHT-nin BMT qapılarından içəri buraxılması ilə bu təşkilat ifadə azadlığının və dinc vasitələrlə zorakılığa qarşı mübarizə aparmağın carçısı kimi şərəfləndirilib.”

“Bu gün təşkilatın direktoru Mazen Dərviş həbsdədir. Əlavə yeddi SMM işçisi Suriya qüvvələri tərəfindən saxlanılıb - heç bir ordersiz, heç bir səbəbsiz. Onların saxlanılması Suriya hökumətinin ikiüzlülüyünü ifşa edir. Rejim bir tərəfdən siyasi müxalifətlə dialoq istədiyini deyir, o biri tərəfdən Əsədin qoluzorluları rejimə qarşı çıxan insanları həbs edir, öldürürlər,” deyə o, bildirib.

“Birləşmiş Ştatlar Dərvişin, SMM əməkdaşlarının və minlərlə özbaşına tutulmuş adamların zindanda qalmasını pisləyir, və onların dərhal azadlığa buraxılmasına çağırır.”

XS
SM
MD
LG