Accessibility links

Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir.
Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir.
Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib.
Bu ilin əvvəli ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə <a href="http://www.voanews.com/azerbaijani/news/Karabakh-on-my-Mind-Exhibition-02-09-201-115656044.html">“Könlüm keçir Qarabağdan” s</a>ərgisi ABŞ paytaxtı Vaşinqtonda ilk dəfə olaraq göstərilmişdir. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz “Azərbaycan” şerinin misralarından götürüb.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağa münaqişəsi nəticəsində hazırda doğma Ağdama gedə bilməyən Yavər Rzayev doğma torğa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyir. “Xəyalən könlümün qanadalarında uşaqlıq illərinin keçdiyi Ağdama, Şuşaya uçdum, oralardan bir də keçdim və sonra başladım şəkillər çəkməyə. Bundan sonra düşündüm ki, sərginin adı Səməd Vurğun dediyi kimi, könlüm keçir Qarabağdan olmalıdır” –deyə Yavər Rzayev Amerikanın səsinə müsahibədə bildirib.
<object height='297' width='480' name='articlePlayer' id='articlePlayer' classid='clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000'><param value='http://media.voanews.com/designvideo/player.swf' name='movie'><param value='true' name='allowfullscreen'><param value='always' name='allowscriptaccess'><param value='file=http://av.voanews.com/VOA_Clickability_Feed_Connector/758/628/Dilshad-MPEG-4.mp4&image=http://media.voanews.com/images/Dilshad-MPEG-4.jpg&backcolor=666666&frontcolor=FFFFFF' name='flashvars'><embed height='297' width='480' flashvars='file=http://av.voanews.com/VOA_Clickability_Feed_Connector/758/628/Dilshad-MPEG-4.mp4&image=http://media.voanews.com/images/Dilshad-MPEG-4.jpg&backcolor=666666&frontcolor=FFFFFF' allowfullscreen='true' allowscriptaccess='always' src='http://media.voanews.com/designvideo/player.swf' name='articlePlayer' id='articlePlayer' type='application/x-shockwave-flash' /></object>
Yavər Rzayev Amerikada rəssam, dizayner, memar kimi fəaliyyət göstərir. Yaşadığı Delaver ştatının Rihobot Biç şəhərinin sakinləri Yavər Rzayevin tikdiyi və dizayn etdiyi evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə Azərbaycanlı rəssam haqda məqalələr dərc olunub.
<a href="http://blogs.voanews.com/azerbaijani/azerbaijani-diaspora/2011/06/29/l%C9%99nk%C9%99ran-kaliforniyanin-monterey-s%C9%99h%C9%99ri-il%C9%99-qardaslasdi/">Kaliforniya ştatının Monterey və Azərbaycanın Lənkəran şəhərləri isə bu yaxınlarda qardaşlaşmış şəhərlər olub</a>. Buna dair sənəd Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə iyun ayında səfəri zamanı imzalanıb. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin gözəl təbiəti onları birləşdirən əsas cəhətlərdən biri kimi göstərilir.

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir.

Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib.

Bu ilin əvvəli ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə “Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ paytaxtı Vaşinqtonda göstərilmişdir. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz “Azərbaycan” şerinin misralarından götürüb.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağa münaqişəsi nəticəsində hazırda Ağdama gedə bilməyən Yavər Rzayev doğma torpağa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyir. “Xəyalən könlümün qanadalarında uşaqlıq illərinin keçdiyi Ağdama, Şuşaya uçdum, oralardan bir də keçdim və sonra başladım şəkillər çəkməyə. Bundan sonra düşündüm ki, sərginin adı Səməd Vurğun dediyi kimi, könlüm keçir Qarabağdan olmalıdır” –deyə Yavər Rzayev Amerikanın səsinə müsahibədə bildirib.

<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/lguV1PRqz6Q" frameborder="0" allowfullscreen></iframe>

Yavər Rzayev Amerikada rəssam, dizayner, memar kimi fəaliyyət göstərir. Yaşadığı Delaver ştatının Rihobot Biç şəhərinin sakinləri Yavər Rzayevin tikdiyi və dizayn etdiyi evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə Azərbaycanlı rəssam haqda məqalələr dərc olunub.

Kaliforniya ştatının Monterey və Azərbaycanın Lənkəran şəhərləri isə bu yaxınlarda qardaşlaşmış şəhərlər olub. Buna dair sənəd Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə iyun ayında səfəri zamanı imzalanıb. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin gözəl təbiəti onları birləşdirən əsas cəhətlərdən biri kimi göstərilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG