Accessibility links

Ruandada soyqırımın 20 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir [Video]



Ruanda hökuməti Fransanın 20 il bundan əvvəl Hutu militantları tərəfindən təxminən 800 min tutsi və hutusun qətlə yetirildiyi soyrıqımda Fransanın “birbaşa rol” oynadığı fikrini bir daha təkrarlayıb.

Bazar günü Kiqalidə hadisələrin 20 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfransda Ruandanın Xarici İşlər naziri Luiz Muşikivabo Fransanın soyqırımda rolu olduğunu deyib.

Xarici işlər nazirinin açıqlamaları Fransa və Belçikanın soyqırıma siyasi hazırlıq görülməsində “birbaşa rol” olduğunu deyən Ruanda prezidenti Pol Kaqamenin sözlərilə üst-üstə düşür. Ruanda prezidentinin açıqlamaları Fransanın bu həftə keçiriləcək tədbirlərdə iştirakdan imtina etməsilə ilə nəticələnib.

Fransa soyqırıma görə hər hansı şəkildə məsuliyyət daşıdığını inkar edərək, bu ittihamların iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun da daxil olmaqla, beynəlxalq liderlərin 20 il bundan əvvəl hadisələrlə əlaqədar tədbirlərlə qatılacağı gözlənilir.
XS
SM
MD
LG