Accessibility links

Rüfət Səfərovun məhkəməsi noyabrın 17-dək təxirə salınıb


Rüfət Səfərov
Rüfət Səfərov

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, həbsdə olan Rüfət Səfərovun şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsində təyin edilmiş iclas noyabrın 17-nə keçirilib. Buna 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan R.Səfərovun məhkəməyə gətirilməməsi səbəb olub.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi müttəhimin iştirakı olmadan işə baxılmasının əleyhinə çıxıb. Dövlət ittihamçısı da bunu dəstəkləyib.

Vəkil deyib ki, müdafiə tərəfi R.Səfərova bəraət verilməsini və birinci instansiya məhkəməsinin hakimləri haqda xüsusi qərarın qəbulunu tələb edir. Belə ki, onlar vəkilə və müttəhimə təzyiq göstərərək onlara son sözə hazırlaşmaq üçün vaxt verməyiblər.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin sabiq deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt tənqidi çıxışlar edib. Dekabrda isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG