Accessibility links

Rüfət Səfərov barəsində cinayət işinin istintaqı başa çatıb [Audio-müsahibə] (Yenilənib)


Rüfət Səfərov
Rüfət Səfərov

Keçmiş müstəntiq Amerikanın Səsinə müsahibə verib

Rüfət Səfərova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaqın başa çatdığını bildiriblər və sonra azad buraxılıb.

“Orada dedilər ki, iyunun 20-də istintaqın başa çatması haqqında qərar elan ediləcək. İşlə tanışlıq bitəndən sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək”, Səfərov Amerikanın Səsinə bildirib.

***

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov iyunun 16-da yenidən istintaqa dəvət edilib.

“Az öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün yerli vaxtla saat 17-də məni istintaqa dəvət etdi. Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddəti uzadılır, hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır. Bu, məni narahat etmir, çünki ciddi və açıq addımı atmamışdan qabaq yaxın, orta və uzaq perspektivdə nələrin gözlədiyini hesablamışdım. Yeganə narahatçılığım ondan ibarətdir ki, mənə görə xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!” keçmiş müstəntiq Facebook səhifəsində yazıb.

Rüfət Səfərov 2015-ci ilin sonlarında bəyanat verərək prokurorluq orqanlarından istefa verdiyini bəyan edib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bakının Binəqədi rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsi Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.

Səfərov bundan öncə fevralın 12-də dindirilib.

Rüfət Səfərov bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getməzdən bir neçə dəqiqə öncə Amerikanın Səsinin suallarını cavablandırıb. Onunla audio müsahibəni təqdim edirik.

please wait

No media source currently available

0:00 0:01:06 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG