Accessibility links

Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib [Rüfət Səfərovla video, vəkil Bəhruz Bayramovla audio müsahibə]


Rüfət Səfərov: Repressiya maşınının təkərləri altında məni əzməyə çalışırlar

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. R. Səfərov məhkəmə zalında həbs olunub.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində məhkəmə hökmünü "biabırçılıq" adlandırıb.

"Məhkəmə hökmü son söz deyilmədən oldu. Bu Azərbaycanın məhkəmə tarixində son söz verilmədən hökm çıxarılan məhkəmə kimi qalacaq. Bu çox böyük biabırçılıqdır", o qeyd edib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

***

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu barədə Amerikanın Səsinə Rüfət Səfərovun özü bildirib.

Onun sözlərinə görə, müdafiə çıxışına hazırlşamaq üçün məhkəmədən bir həftə vaxt istənilib.

“Hakim isə müdafiə çıxışına hazırlaşmaq üçün bu gün saat 16.30-dək vaxt verdi”.

Mənə qaşı olanlar bir repressiyadır. Sadəcə çalışırlar ki, repressiya maşınının təkərləri altında məni əzsinlər. Amma, kimin-kimi əzəcəyini zaman göstərəcək.

Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Lənkəranda onların tez bir zamanda müdafiə çıxışı hazırlamaları üçün hər hansı texniki imkanları yoxdur. Bu səbədən də müdafiə nitqini effektiv qura bilmirlər.

“Mənə qaşı olanlar bir repressiyadır. Sadəcə çalışırlar ki, repressiya maşınının təkərləri altında məni əzsinlər. Amma kimin-kimi əzəcəyini zaman göstərəcək”, o qeyd edib.

Xatırladaq ki, dünən məhkəmə istintaqı başlayıb və günün birinci yarısında şahid ifadəsindən imtina edib. Lakin günün ikinci yarısında həmin şahid yenidən məhkəməyə qaytarılıb və o, ifadəsini təsdiq edib. Müdafiə tərəfi şahidin təzyiq altında ifadəsini təsdiq etdiyini bildirib. Bundan sonra məhkəmə digər şahidlərin ibtidai istintaqa verdiyi ifadələri diqqətə çatdırmaqla kifayətlənib. Beləliklə, məhkəmə istintaqının başa çatdığı elan edilib və dövlət ittihamçısı Səfərova 10 il həbs istəyib.

R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə çıxarılıb.

Yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib.

XS
SM
MD
LG