Accessibility links

Vəkil: Rüfət Səfərovun apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılacaq [Audio-müsahibə]


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu
Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

R.Səfərov sifarişlə həbs olunduğunu bildirib

Noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun şikayəti üzrə hazırlıq iclası keçirilib. O, rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Vəkil Bəhruz Bayramov Anerikanın Səsinə müsahibəsindəbildirib ki, müdafiə tərəfi bir sıra vəsatət qaldırıb: “Birinci instansiya məhkəməsində kobud prosessual pozuntular səbəbindən” qismən məhkəmə istintaqı ilə şikayətə baxılması.

Bundan əlavə, vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsini, R.Səfərovun məhkəmə istintaqı müddətində həbsdən azad edilməsini və ona vəkillə yanaşı oturmağa imkan yaradılmasını xahiş edib.

Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

Hakim Ələsgər Novruzov birinci vəsatəti qismən təmin edib, iki digərini isə baxılmamış saxlayıb.

Məhkəmə prosesi dekabrın 1-nə təyin edilib.

Vəkilin sözlərinə görə, dekabrın 1-də R.Səfərovun ifadəsi dinlənildikdən sonra hakim digər vəsatətlər üzrə qərarlar qəbul edəcək.

R.Səfərov öz çıxışında bildirib ki, sifarişlə həbs olunub. Hakimin “məhkəmə heyətinə etirazın varmı?” sualının cavabında R.Səfərov deyib ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur və məhkəmə hakimiyyətin sifarişini yerinə yetirəcək.

O deyib ki, hökuməti tənqid etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib, onun barəsində sərt hökm isə referendum ərəfəsində müxalifətin mitinqlərində iştirakla bağlı bəyanatları ilə izah olunur.

Keçmiş müstəntiq Rüfət Səfərov 2016-c ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum olunub. Bundan öncə “davranış normalarını pozduğuna görə” prokurorluq orqanlarından xaric edilib.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin deputatı, sonralar Müdafiə Nazirliyinin mətbuat katibi olmuşEldar Sabiroğlu Ramiz Mehdiyevi kəskin tənqid edib. R.Səfərovun prokurorluq orqanlarından istefası bundan sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG