Accessibility links

İran prezidenti dünyanın qüdrətli dövlətləri ilə əldə edilən nüvə razılığının yeni era və Yaxın Şərqdə sülh və sabitliyin başlanğıcı adlandırıb.

BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Həsən Ruhani deyib ki, razılıq yekun irəliləyiş olmasa da, gələcək nailiyyətlərə təməldir.

İyul ayında Vyanada əldə edilən razılıq Tehranın nüvə silahı istehsalını dayandırması və nüvə obyektlərində təftişə imkan yaratması müqabilində İrana qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda İran, Çin, Britaniya, Fransa, Rusiya və Almaniyadan olan həmkarları ilə razılığın şərtlərinin həyata tətbiqi məsələsini müzakirə edir.

Avropa İttifaqının müzakirələrə ev sahibliyi edən xarici əlaqələr şöbəsinin rəhbəri Federika Moqerini BMT-nin sessiyasına toplaşan dünya liderlərinin razılığı alqışlamasının sevindirici hal olduğunu deyib.

İranın dövlət başçısının çıxışı BMT-nin baş qərargahı qarşısında toplaşan yüzlərlə nümayişçinin etiraz aksiyası ilə müşayiət edilib.

XS
SM
MD
LG