Accessibility links

İran prezidenti Həsən Ruhani Vaşinqton İraqda üsyançılara qarşı ciddi ölçülər götürməyə qərar versə, Tehranın sünni ekstremislərlə mübarizədə ABŞ-la birgə işləməyi nəzərdən keçirə biləcəyini deyib. İran son illər Bağdadda şiələrin başçılıq etdiyi hökumətlə yaxın əlaqələr qurub.

Qərb ölkələri ilə yaxınlaşmanın əsas təşəbbüskarlarından biri olan Həsən Ruhaninin İraqa əsgəri qüvvə göndərəcəyi gözlənilmir. Mətbuat konfransında danışan İran prezidenti rəsmi Bağdadın belə bir yardım haqda müraciət etmədiyini deyib.

ABŞ prezidenti Barak Obama cümə günü İraqda vəziyyətlə bağlı bəyanatla çıxış edəcək, ABŞ-ın Bağdad hökumətinə yardım üçün müxtəlif variantları nəzərdən keçirdiyini deyib.

Ağ Evdə danışan prezident Obama ABŞ qüvvələrinin yenidən İraqa göndərilməyəcəyini bəyan edib. Cənab Obama bildirib ki, yaraqlıların İraqın bəzi bölgələrində nəzarəti əlinə alması Bağdad hökuməti və əhali üçün böyük təhlükə yaradır, eləcə də Amerikanın maraqlarını təhlükə altına alır.

ABŞ prezidenti İraq rəhbərliyində fikir ayrılıqlarının ölkədə hazırkı böhrana gətirib çıxardığını deyib.
XS
SM
MD
LG