Accessibility links

Ruhani İslam Dövləti qrupuna qarşı mübarizədə İraqa kömək vəd edir


İran prezidenti Həsən Ruhani İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizədə qonşu İraqa İranın uzun müddətli köməyini vəd edib.

İranın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, cənab Ruhani ölkədə səfərdə olan İraqın Baş naziri Hayder Əl-Abadiyə onun hökumətinin Bağdada “ilk gündən dəstək verib, son günə qədər bu yolda qalacağını” deyib.

İran lideri region ölkələrinin terrorizmə qarşı vahid və əlaqələndirilmiş şəkildə mübarizə aparmalı olduğunu deyib. O, İranın İraqa hərbi müşavirlər və silahlarla yardım edəcəyini deyib.

Cənab Abadi terrorizmin region ölkələri üçün təhlükə və İranın İraqla birgə dayanacağına əmin olduğunu deyib. O deyib ki, İranı xarici səfər üçün ilk ölkə olaraq seçməsi iki ölkə arasında dərin münasibətlərə işarə edir.

İslam Dövləti qrupu İraq və Suriyada geniş ərazilərin nəzarətini ələ keçirib.

XS
SM
MD
LG