Accessibility links

Ruhi Tuna: Heykəltaraşlığa İran zindanlarında başladım [Audio & Fotoqalereya]


“Çörəyi ağzımda çeynəyib, xəmir düzəldirdim. İlk dəfə, o xəmirlərlə balaca heykəllər düzəltməyə başladım,” deyə Ruhi Tuna heykəltaraşlığa doğru atdığı ilk addımı təsvir edir. Bunu edərkən 16 yaşlı Ruhi siyasi fəaliyyətləri üzündən Qərbi Azərbaycan vilayətində Qoşaçay zindanında idi.

Ruhi Tunanın yonduğu heykəllər sənətkarın ruhuna hopmuş milli ideologiyanı, vətən sevgisini aşkar büruzə verir. Amerikanın Səsinə müsahibədə həyat və peşə yolunu nəql edən istedadlı heykəltaraş hələ Təbrizdə ikən Səttar Xan, Bağır Xan kimi Məşrutə hərəkatı liderlərinə heykəl düzəltdiyini, daha sonra isə vətənpərvər mövzuda sənətkarlığı başqa görkəmli milli xadimlərə genişləndirdiyini deyir. Bu xadimlər sırasında Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin heykəlləri də var.
Güney Azərbaycanında heykətlaraşlıq sənətinin uzun tarixi yoxdur. Bunun səbəblərini həm şah rejimində həm də İslam rejimində aramaq lazımdır. Azərbaycana heç bir önəm verilməyib, ona inkişaf etməyə imkan verməyiblər. Əgər oradan yaxşı bir sənətçi çıxıbsa onu dərhal əzməyə başlayıblar. Ya Tehrana yaxud da ölkədən kənara qaçmağa məcbur olunublar… Hər iki rejimdə - şah rejimində və İslam rejimində mərkəzi hökumət incəsənət xadimlərinə diktə etməyə çalışıb.
Ruhi Tuna


İran İslam Respublikasında basqılarla üzləşən Ruhi Tuna bir çox vətənpərvər yoldaşları kimi vətəni tərk etməyə məcbur olur və qonşu Türkiyəyə üz tutur. Türkiyənin bəzi şəhərlərində bələdiyyələrin sifarişi ilə düzəltdiyi heykəllərin bir çoxu şəhər meydanlarında qoyulur. Həmin illərdə güneyli heykəltaraş Şah İsmail Xətayi, Nadir Şah Əfşar, Osmanlı Sultan Səlim, Atatürk, Aşıq Veysəl, Oğuz xan və bir çox başqa şəxsiyyətləri öz əsərlərində canlandırır.

Ruhi Tuna: Heykəltəraşlığa İran zindanlarında başladım
please wait

No media source currently available

0:00 0:13:38 0:00


Hazırda Ruhi Tuna Kanadanın Toronto şəhərində heykəltaraşlıq fəaliyyətini davam etdirir. O azərbaycanlı tarixçi və pedaqoq Prof. Məmməd Tağı Zehtabi, tanınmış cərrah və Türkoloq Dr. Cavad Heyət, musiqi xadimi Həsən Dəmirçi, ustad Şəhriyar və bir çox tanınmış Azərbaycan şəxsiyətlərinin heykəllərini Toronto şəhərində işləyib.

Heykəltəraş Tunanın dediyinə görə, İranda azərbaycanlılar sadəcə heykəlçilikdə deyil, bir çox incəsənət sahələrində ayrıseçkiliyə məruz qalırlar. “Azərbaycan şəhərlərində sənət sahəsində təhsil imkanları yox ikən, İsfahan kimi şəhərlərdə sənət universiteti və fakültələri vardır,” deyə Ruhi Tuna bildirir və əlavə edir: “Təbrizdə bir sərgi izni almaq üçün aylarca yalvarmalısan!”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG