Accessibility links

Ruhi xəstəxanadan dörd cinayətkar qaçıb


Ruhi xəstələr
Ruhi xəstələr

Onlar oğurluq, dələduzluq və quldurluqda ittiham edilir

Noyabrın 15-də səhər saatlarında Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177 (oğurluq), 178 (dədləduzluq), 181 (quldurluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda onların tutulması üçün müvafiq tədbirlər görülür.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG