Accessibility links

Rusiya təyyarələri Suriyanın bəzi yerlərində yeni hava hücumları həyata keçirməsi Vaşinqtonun tənqidlərinə səbəb olub. Rəsmi Vaşinqton Moskvanı günahsız mülki şəxslərin həyatı hesabına dəniz donanmasının imkanlarını nümayiş etdirməkdə ittiham edir.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri İnterfaks xəbər agentliyinə bildirib ki, “bir neçə saat sonra” Hələb şəhərinin ətrafında İslam Dövləti qrupunun hədəflərinə qarşı yeni hücumlar həyata keçiriləcək.

Nazirlikdən bir mənbə hava hücumlarının Rusiyanın yeganə təyyarə daşıyan gəmisi admiral Kuznetsovda yerləşən təyyarələr, eləcə də Suriya sahillərindəki digər gəmilərdəki qanadlı raketlərin iştirakı ilə aparılacağını bildirib..

ABŞ rəsmiləri Moskvanın niyyətini sual edir və bildirir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlaması onu göstərir ki, Rusiya bütün dünyaya hərbi dəniz donanmasının gücünü göstərmək istəyir.

ABŞ kəşfiyyat rəsmisi, adının açıqlanmaması şərti ilə Hələbin yaxın ətrafında heç bir İŞİD mövqelərinin olmadığını bildirib.

XS
SM
MD
LG