Accessibility links

Bakıda Rusiya film həftəsi olacaq


Film
Film
Dekabrın 5-dən 10-dək Bakıda Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidməti məlumatına görə, film həftəsinin açılışı dekabrın 5-də saat 19:00-da rejissor Andrey Malyukovun "Matç" ("Матч") filminin nümayişi ilə baş tutacaq.

Növbəti günlərdə proqrama uyğun olaraq 6 dekabrda "Mən yanında olacam" ("Я буду рядом"), 7 dekabrda "Şpion" ("Шпион"), 8 dekabrda "İki gün" ("2 Дня"), 9 dekabrda "Kino ərazisində müharibə" ("Война на территории"), "Metro" ("Метро"), 10 dekabrda "Ku! Kin-dza-dza" ("Ку! Кин-дза-дза") filmləri nümayiş olunacaq.
XS
SM
MD
LG