Accessibility links

Çərşənbə günü 200 mindən çox rumıniyalı Buxarest və digər şəhərlərin küçələrinə çıxıb, hökümət səviyyəsində korrupsiya hallarında cinayət məsuliyyətini ləğv edən yeni qərara etiraz edib.

Etirazçılar Rumıniya bayrağını dalğalandırıb, “oğru, oğru” kimi şüarlar səsləndiriblər.

Yeni təyin olunmuş baş nazir Sorin Qrindeno bu qərarı çərşənbə axşamı təsdiq edib. Qərara əsasən hökümət rəsmiləri 48 min dollardan az rüşvətə görə cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.

Əgər qüvvəyə minsə, bu qərardan əsasən, Sosial Demokratlar partiyasının lideri Liviu Draqno da daxil olmaqla, hakim mərkəz-solçu koalisiya faydalanacaq.

Hökümət daxilində korrupsiyaya nəzarət edən ən yüksək qurum bu qərarın qarşısını almaq üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Məhdud səlahiyyətlərə sahib prezident Klaus Yohannis bu qərarın təsdiqini “qanun aliliyinin matəmi” adlandırıb.

Rumıniyalı prokurorlar son illər ölkəni Avropa İttifaqı və NATO standartlarına yüksəlmək üçün rəsmilər arasında rüşvətlə bağlı təhqiqatları artırıb.

XS
SM
MD
LG