Accessibility links

Rumıniyanın sabiq baş naziri Adriana Nastas dünən Ali məhkəmə onu korrupsiyada ittiham edərək iki il həbs cəzasına məhkum etdikdən sonra özünü güllələyib.

Rumıniyanın baş naziri Viktor Ponta dünən axşam həkimlərin Nastasın vəziyyətinin nəzarət altında olduğunu bildirdiyini deyib.

Rumıniya mətbuatı Nastasın evində polis başqa otaqda olarkən özünü vurduğu barədə məlumat verib.

Nastas 2004-cü ildə prezident kampaniyasına qanunsuz yolla 2 milyon dollar toplamaqda ittiham edilirdi.

O, ittihamları siyasi motivlərlə əlaqələndirərək onları rədd edib. Nastas 2000-ci ildən 2004-cü ilədək Rumınyanın baş naziri vəzifəsində çalışıb.
XS
SM
MD
LG