Accessibility links

Rumsfeld təqaüdçüləri arasında Azərbaycan nümayəndəsi də var [Video]


Qafqaz, Orta Asiya və Monqolustanda sərmaye qoyuluşunda çətinliklər və imkanlar
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Nərgiz Nəsrullayeva Azərbaycanda turizm, kənd təsərrüfatı və sənaye sahələrində iqtisadi imkanlaın olduğunu bildirib

Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz institunda “Qafqaz, Orta Asiya və Monqolustanda sərmayə qoyuluşunda çətinliklər və imkanlar” adlı konfrans keçirilib. Konfransda çıxış edən Rumsfeld təqaüdçüləri bu regionlardakı ölkələrdə təbii ehtiyatların istismarı, turizm, kənd təsərrüfatı və sənaye sahələrində iqtisadi imkanlardan söz açıblar.

Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva prezentasiya zamanı Azərbaycan, habelə region ölkələrində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da böyük imkanların olduğunu deyib.

Azərbaycanın təcrübəsi haqda danışan Nərgiz Nəsrullayeva Bakı-Tiblisi-Ceyhan neft, Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri, Bakı-Tiblisi-Qars dəmir yolu xətti kimi lahiyələrdən misal gətirərək, əldə olunan naliyyətləri göstərib. Onun Azərbaycanda neftdən müalicə məqsədilə tibb sahəsində istifadə edilməsi haqda məlumatları iştirakçıların diqqətini özünə cəlb edib.

Amerikanın Səsinə müsahibəsində Nərgiz Nəsrullayeva Amerikanın Azərbaycandakı Ticarət Palatasının ölkəyə xarici investorların cəlb olunması üçün Azərbaycan höküməti ilə proqramlar üzərində mütəmadi iş apardığını bildirib.

Konfrans iştirakçıları region ölkələri arasında əməkdaşlıq səviyyəsinin yüksəldiyi halda, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi üçün geniş imkanların açıla biləcəyini vurğulayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG