Accessibility links

Aktyor Rupert Qrintin heç zaman narkotik maddədən istifadə etməyəcəyinə əmin olmaq olar


Harri Potter filmindən tanıdığınız gənc aktyor Rupert Qrintin heç zaman narkotik maddədən istifadə etməyəcəyinə əmin olmaq olar.

Harri Potter ulduzu narkotik maddənin nəyə qadir olduğunu gördüyünü deyib və bu onu çox qorxuzub.

Ruper həmkarı Şia LBeouf ilə yaşadığı hadisədən söhbət açıb. Gənc aktyorlar “Çarli Kontrimenin Zəruri Ölümü” adlı filmdə çəkilib və deyək ki, Şia rolunun öhtəsindən məharətlə gəlmək üçün yeni metod tapıb. Şia deyilənə görə filmdə özünü idarə edə biməyən narkotik maddə istifadəçisi rolunu oynamaq üçün güclü LSD narkotikasından istifadə edib.

Rupert Şia narkotikdən istifadə etdikdən sonra baş verənlərin şahidi olub. O deyir ki, Şia narkotik qəbul etdikdən sonra lüm-lüt soyunaraq qaçaraq, gözünə görünən qlisunasiya haqda danışmağa başlayıb.

Rupert The Guardian qəzetinə belə deyib “əgər narkotik istifadəsindən özünü saxlamaq istəyirsənsə o səhnəni görmək kifayətdir”.
XS
SM
MD
LG