Accessibility links

Rusiyalı casuslar övladlarını agent etmək istəyib


ABŞ-da rus casuslarla bağlı iki il əvvəl baş vermiş qalmaqalın yeni detalları açıqlanıb


Iki il əvvəl ABŞ-da aşkar edilmiş rus casusları öz uşaqlarını agent kimi “işə” cəlb etməyi planlaşdırıb və onların ən azı biri valideynlərinin təklifinə razılıq verib. Bu haqda məlumatı ABŞ-ın keçmiş və keçmiş hazırkı rəsmi nümayəndələrinə əsasən Wall Street Journal qəzeti verib.

2010-cu ildə ABŞ hökuməti 10 rus casusunu həbs edən zaman onların fəaliyyətinin səmərəsiz olduğu haqda fikir mövcud idi. Lakin onların işi ilə bağlı yeni detallar onların öz övladlarını casusluq fəaliyyətinə cəlb etməyə cəhd göstərdiyinə işarə edir. Bu isə rusların casusluq fəaliyyətlərini Amerikada uzun müddət üçün nəzərdə tutduğunu deməyə əsas verir.

Qəzetin yazdığına görə, Amerikada anadan olmuş, ya da boya-başa çatmış uşaqlar onlara etibarın daha yüksək olmasına görə öz valideynlərindən daha effektiv fəaliyyət göstərə bilər.

Amerika rəsmilərinin sözlərinə görə, fəal şəkildə casus karyerasına hazırlaşdırılan uşaqlardan biri Tim Foley idi. O, ABŞ-da anadan olmamasına baxmayaraq, onun valideynləri Donald Heahfild və Treysi Foley adları altında on ildən artıq Amerika Birləşmiş Ştatlarında yaşayıb. Valideynləri həbs edilən zaman 20 yaşında olan Tim Foley idi Vaşinqtonda Corc Vaşinqton universitetində təhsil alırdı.

Qəzetin istinad etdiyi mənbələrə əsasən, valideynləri Tim Foleyin onların işini davam etdirməsini arzulayıb və həbs edilməzdən əvvəl ona ikili həyat sürdüklərini etiraf ediblər. Qəzet izləmə prosesi ilə tanış olan bir mənbənin məlumatına istinadən yazır ki, Tom Foley təklifi qəbul edib və hətta “Ana vətən Rusiya”nı salamlayıb. Bundan əlavə, o, xüsusi təlim keçmək üçün Rusiyaya getməyə razı olub.

ABŞ rəsmiləri bu söhbətin nə zaman baş verdiyini, ya da Tim Foleyin Rusiyaya casusların həbsindən əvvəl gedib-getmədiyi haqda məlumat verməyib, sadəcə onun nə vaxtsa Rusiyada olduğunu təsdiqləyiblər. Qəzet yazır ki, casusların işi ilə bağlı təhqiqatın bir çox detalları məxfi qalır.

Foleyin atasını təmsil edən bostonlu hüquqşünas Piter Krup qəzetin istinad etdiyi mənbələrin məlumatını cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, öz fəaliyyatlərinin mahiyyətini Tim Foleyə açıqlamaq valideynlər üçün çox riskli ola bilərdi.

Həbs edilən rus casuslarının bir yaşından 20 yaşına qədər yeddi uşağı var idi. Onların arasında ən çox diqqəti cəlb edən Anna Çapmanın övladı olmayıb.

ABŞ rəsmiləri onların hamısının deyil, bəzilərinin casusluq fəaliyyətlərinə cəlb edilməsinin nəzərdə tutulduğuna inanır. Bu uşaqların çoxu Amerikada anadan olub. Casuslar həbs edilən zaman bu uşaqların valideynlərinin fəaliyyəti haqda demək olar heç bir təsəvvürü olmayıb. Casus qalmaqalı başlayandan sonra casuslar övladları ilə birlikdə Rusiyaya göndəriliblər. Onlardan yalnız bir yeniyetmənin valideynləri həsb edildikdən sonra Amerikada qalmasına icazə verilib.

Casusluqda şübhəlilər Rusiya hökumətinin gizli agentləri kimi fəaliyyət göstərdiyini etiraf ediblər.

Vaşinqtondakı Rusiya səfirliyinin nümayəndəsi Wall Street Journal qəzetində məlumatları şərh etməkdən imtina edib.
XS
SM
MD
LG