Accessibility links

Bolşevik İnqilabından 100 il sonra [Video]


"Rus inqilabı"ndan 100 il keçir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Bu il Rusiyada əsrlərlə davam edən monarxiyaya son qoyub, yeni Sovet İttifaqı imperiyasının yaranmasına səbəb olan Bolşevik İnqilabının 100 illiyi qeyd edilir. Qriqori təqvimi ilə mart ayında baş verən “Fevral İnqilabı” zamanı Çar II Nikolay xalq üsyanı nəticəsində taxtdan çəkildi. Bu gün Rusiyada bəziləri monarxiyanı müqəddəs sayır, lakin çox az sayda rus monarxiyanın geri qayıtmasına ümid bəsləyir.

100 il öncə Sankt Peterburqda inqilab nəticəsində monarxiyaya son qoyuldu və müvəqqəti hökümət yarandı. Bu müvəqqəti hökümət isə bir neçə ay sonra Bolşeviklər tərəfindən devrildi. Bu isə öz növbəsində Sovet İttifaqının yaranmasına və qlobal miqyasda komunizmin yayılmasına gətirib çıxardı.

Sovet İttifaqının “nailiyyətləri” nəticəsində bizim gen hovuzumuzun böyük hissəsi məhv oldu və mənfi seleksiya baş verdi. İndi isə biz bunu düzəltməliyik.
İvan Artsişevski

Birinci Dünya Mübaribəsi yaşayış standartlarına mənfi təsir göstərəndən sonra bir zamanlar çarın sadiq subyektləri olan on minlərlə zavod işçisi korrupsiyaya görə üsyan etdi.

“Müharibənin üçüncü ili idi. İşçilər arasında böyük fərq yox idi. Hər kəs çörək çatışmazlığı ilə üzləşirdi”, deyə Kirov Zavodu Muzeyinin direktoru İqor Savrasov bildirir.

İlk olaraq zadəgan və zəngin ailələr qaçdı, amma daha sonra onların bəziləri yeni rejimə qatılmaq üçün geri döndü.

“Mən Sovet ordusunda xidmət etmişəm, yəni bütün sistemdən keçmişəm. Mənim ailəmdə hər kəs inanırdı ki, pis də olsa, yaxşı da olsa biz hər zaman Rusiyada yaşamalıyıq,” deyə Effektiv Kommunikasiya Mərkəzindən İvan Artsişevski bildirir.

Artsişevskiy Rusiyan Bolşeviklər tərəfindən öldürülən ən son çar ailəsinin yenidən dəfn edilmə protokoluna yardım edib. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib.

Zadəgan nəslindən olan Artsişevski Rusiyanın gələcək nəslinə etiket dərsləri keçir.

“Sovet İttifaqının “nailiyyətləri” nəticəsində bizim gen hovuzumuzun böyük hissəsi məhv oldu və mənfi seleksiya baş verdi. İndi isə biz bunu düzəltməliyik”, deyə o bildirir.

Biz monarxist əqidəmizi davam etdiririk və inanırıq ki, monarxiya tarixi baxımdan Rusiyanın mövcudluğunun təbii yoludur. Rusiyada, bizə bir çox bəla gətirən inqilabdan öncə min il boyunca monarxiya olub.
Aleksandr Zakatov

Rusiya monarxiyasına son qoyulandan bir əsr sonra, Romanovlar sülaləsinin irsinin davamçıları rəsmi olaraq tanınmaq istəyirlər.

“Biz monarxist əqidəmizi davam etdiririk və inanırıq ki, monarxiya tarixi baxımdan Rusiyanın mövcudluğunun təbii yoludur. Rusiyada, bizə bir çox bəla gətirən inqilabdan öncə min il boyunca monarxiya olub”, deyə Romanovlar sülaləsinin şəxsi katibi Aleksandr Zakatov bildirir.

Lakin Zakatov hazırda Rusiyada monarxiyanın bərpası üçün şəraitin olmadığını da etiraf edir.

Rusiya Rus İnqilabının 100 illiyini qeyd etdiyi bir vaxt, çox az sayda insan monarxiyanın dağıldığına görə kədərlənir. Amma bir çoxları hakimiyyəti ələ keçirən Bolşevikləri, ardınca gələn vətəndaş müharibəsini və yaranan Sovet imperiyasını xatırlayır.

XS
SM
MD
LG