Accessibility links

Rus propaqandasının qarşısına zarafatla çıxan gənclər [Video]


Rusiyanın Krımı ilhaq etməsindən sonra, Kremlin təbliğat maşını beynəlxaq medianın fəaliyətini məhdudlaşdırıb, siyasət və son hadisələrlə bağlı sinizmi isə artırıb. Bu problemin qarşısını almaq üçün bir qrup rus jurnalistdən ibarət Meduza Layihəsi fəaliyyətini Latviyaya köçürüb və orada gənc rusları cəlb edəcək onlayn məzmun və yumor yaratmağa çalışır. Litvada bir komediya xəbər proqramı da eyni strategiyadan istifadə edir.

Rusiyanın millətçi təbliğat maşını 2014-cü ildə Krımı ilhaqı Soyuq Müharibə dövründən bəri ən pis Şərq-Qərb münasibətlərinin yaranamsına səbəb olandan sonra daha da intensiv işləməyə başlayıb.

Bir çox lüzumsuz propaqanda saxta gündəm yaradır. Biz isə oxuyucularımızı real gündəmlə təmin etmək istəyirik.

Rusiya dövlət orqanlarının müstəqil jurnalistika üçün mühiti darlaşdırması ilə, bir qrup rusiyalı jurnalist təqbilərdən qaçıb Litvanın paytaxtı Riqada yerləşib.

“Bir çox lüzumsuz propaqanda saxta gündəm yaradır. Biz isə oxuyucularımızı real gündəmlə təmin etmək istəyirik”, deyə Meduzanın təsisçisi Qalina Timçenko bildirir.

Baltikyanı ölkələrdə dövlət orqanları Kremlin təbliğatına Rusiya dövlət kanallarına müvəqqəti qadağa tətbiq etməklə cavab veriblər. Bununla yanaşı isə onlar müstəqil Rusiya mediasını ölkəyə qəbul ediblər.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç: "Bu rus jurnalistlər Moskvanı, Sankt-Peterburqu və Rusiyanın digər şəhərlərini tərk edib, burada öz KİV-lərini yaradıblar və müəyyən dərəcədə Kremlin təbliğatının qarşısını almağa çalışırlar".

Meduza internetddən başı çıxan və həmyerlilərinin 80 faizindən fərqli olaraq dövlət televiziyasından asılı olmayan rusları cəlb etmək istəyir.

Meduzanın baş redaktoru İvan Kolpakov: “Bu insanların Rusiyanın başqa tərəfinin görmək imkanı var. Onların Rusiyanı hazırkı hökümət və hazırkı prezident olmadan görmək şansları var. Ona görə də, biz bütün sərmayemizi bu kütləyə qoymaq istəyirik.”

Qalina Timçenko
Qalina Timçenko

Qrup ən böyük diqqəti insanlara yumor vasitəsilə mənasız siyasət və korrupsiyanı göstərməyə yönəldir.

“Bizim ən çox istədiyimiz Rusiya xalqı üçün xəbərləri yenidən maraqlı etməkdir”, İvan Kolpakov deyir.

Litvanın paytaxtı Vilnüsda Rusiya siyasətinə lağ etmək üçün “Döz” adlı komediya xəbər şousu özünün yeni rusca versiyasını təqdim edib.

Biz Rusiya siyasəti və hökümətini lağ edirik. Bu bazar isə boşdur, çünki Rusiya daxilində höküməti tənqid etmək çox təhlükəlidir.

İctimaiyyətdən toplanan ianələrlə dəstəklənən onlayn proqram rus-dilli izləyiciləri cəlb edib, Kremlin təbliğatının qarşısını almağa çalışır.

“Biz Rusiya siyasəti və hökümətini lağ edirik. Bu bazar isə boşdur, çünki Rusiya daxilində höküməti tənqid etmək çox təhlükəlidir”, deyə litvalı televiziya jurnalisti Adrius Tapinas bildirir.

Meduza kimi Tapinas da məlumatların çoxunu internetdən əldə edən amma millətçi siyasətdən bezən gənc nəsil rusları cəlb etməyə çalışır.

XS
SM
MD
LG