Accessibility links

Azərbaycan Rusiya istehsalı minik avtomobillərinin idxalına qadağa tətbiq edib


Avtovaz-logo

Avtovaz-logo

Azərbaycanda satılan avtomobillərin ABS əylənc sistemi və azı 1 təhlükəsizlik yastığı olmalıdır

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci il oktyabrın 1-dən dövlət zəmanəti altında olan sazişlər çərçivəsində ölkəyə gətirilən VAZ-2114 və VAZ-21154 avtomobillərinin respublikaya idxal edilməsinə qadağa tətbiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

AZS 635-2012 "Təkərli nəqliyyat vasitələri, onların avadanqlıqları və hissələrinin sertifikasiyası qaydaları" dövlət standartının tələblərinə əsasən, 2012-ci il mayın 1-dən etibarən Azərbaycana idxal edilən və ya ölkə daxilində istehsal edilən avtomobil nəqliyyat vasitələrində (tam ötürücülər istisna olmaqla) ABS əyləc sistemi və ən azı 1 təhlükəsizlik yastığı olmalıdır.

Bununla əlaqədar mayın 1-dən Rusiya istehsalı olan VAZ 2107, VAZ 2114 və VAZ 2115 markalı avtomobillərin ölkəyə idxal edilməsinə qadağa qoyulmuşdu. Belə ki, onların ABS əyləc sistemi və təhlükəsizlik yastığı yoxdur.

Bununla belə oktyabrın 1-dək VAZ 2114 və VAZ 2115 avtomobillərin idxalı dövlət zəmanəti altında olan sazişlər çərçivəsində davam etdirilib, çünki sazişlər bu dövrədək qüvvədə olub.
XS
SM
MD
LG