Accessibility links

Dəyirmi masa: Abxaziya və Cənubi Osetiyada Rus qoşunları: sülhməramlı əməliyyat ya işğal?

  • Bəxdiyar Namazov

Ariel Kohen və Andranik Migranyan iki fərqli mövqeydən çıxış edir

Dövlət katibi Hillari Klinton Rusiyanı öz qoşunlarını cənubi Osetiya və Abxaziyadan çıxarmağa çağırıb. Bir sözlə, Vaşinqtonun Gürcüstan məsələsində rəsmi mövqeyi bundan ibarətdir ki, Rusiya işğalçıdır. Biz bilirik ki, Amerika və Rusiya aralarındakı münasibətləri tənzimləyərək yaxşılaşdırmağa çalışırlar. Bu günkü qonaqlarımız Heritage fondunun aparıcı eksperti Ariel Kohen və Mərkəzi Moskvada yerləşən Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu York şöbəsinin direktoru Andranik Migranyandır. Rusiya qoşunlarının son iki il ərzində Abxaziyada yerləşməsi işğaldır ya sülhməramlı əməliyyatdır?

Ariel Kohen: Hüquqi olaraq Rusiya qoşunlarının Abxaziya ərazisində olması sülhməramlı fəaliyyət hesab edilmir. Dövlət katibi Hillari Klinton, prezident Obama və Amerikanın müttəfiqlərinin hesab etdikləri kimi, Rus qoşunları Gürcüstan ərazisində qanunsuz olaraq yerləşdiriliblər. Prezident Medvedevlə Fransa prezidenti Sarkozi arasında bu məsələyə dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən qoşunlar ərazidən çıxarılmalı idilər. Lakin avqustun 7-nə qədər bu baş vermədi.

Andranik Migranyan: Düşünürəm ki, bu cür mövqeyin siyasi həqiqətlərə heç bir dəxli yoxdur. Pezident Medvedevlə Sarkozi arasında olan danışıqlardan sonra bir çox hadisələr baş verdi. Rusiya o dövlətlərin müstəqilliyini tanıdı.

Yulya Savçinka: Rusiya - Gürcüstan müharibəsi 2008-ci il avqustun səkkizi başladı. Onda hava hücumları ilə Rusiya Gürcüstan ordusunun Cənubi Osetiyanın Tsxinvali vilayətinə irimiqyaslı artileriya atəşlərinə cavab verdi. Hərbi əməliyyatların əvvəlindən hər iki tərəf bir birini müharibənin başlanmasında günahkarlandırdılar.

Mixail Saakaşvil deyir ki, Rusiya bizim ərazimizə təcavüz edib. Biz Rusiya işğalına məruz qalmışıq. Dmitri Medvedev isə deyir ki, hal hazırda Cənubi Osetiyada sülhpərvər insanlar, qadınlar, uşaqlar və yaşlılar həlak olmaqdadır və onların əksəriyyəti Rusiya vətəndaşlarıdır

Yulya Savçinka: Hərbi proses beş gün davam etdi və Avqustun 12-si Rusiya tərəfindən dayandırldı. ABŞ bu məsələdə Gürcüstanın tərəfini saxladı. Keçmiş baş katib Kandaliza Rays Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü tanımağa və ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırdı. Gürcüstan prezidenti ABŞ Rusya təcavüzünə qarşı Gürcüstana kömək etməyə çağırdı. Andranik, siz demişdiniz ki, bu münasibətlər artıq köhnəlib. Hələ ləğv edilməyən beynəlxalq qanunvericiliyə əsasən o zaman Rusiya qoşunları kimin ərazisində yerləşirdi?

Andranik Migranyandır: Düşünürəm ki beynəlxalq hüquqlara əsasən Rusiya qoşunları müstəqil Abxaziya və Cənubi Osetya dövlətlərinin ərazisində yerləşir. Osetya və Abxaziyanı özünə daxil edən Gürcüstan ərazi bütövlüyü kimi anlam mövcud deyil. Bu Sovet İttifaqı dövründə Stalin tərəfindən və Sovet konstitusiyasına əsasən yaradılmışdır. Əgər gürcülər Sovet konstitusiyası ilə razılaşmayaraq müstəqil olmaq istəyirlərsə onda başqa ətraf ölkələrdə bu hüquqdan istifadə edə bilərlər. Bu ölkələr Sovet İttifaqının tərkibindən qanun yol ilə 1990-cı ildə çıxmazdan hələ əvvəl gürcüstanın tərkibindən artiq çimişdır. Yəni Sovet dağılanda bu ölkələr artıq Gürcüstanın ərazisi hesab edilmirdi. Ona görə Gürcüstanın bu ölkələri öz tərkibində saxlamağa heç bir qanuni əsası yoxdur.

Yulya Savçinka: Ariel, siz bu barədə nəsə bildirmək istiyirsinizmi?

Ariel Kohen: Andranik sizin dediyinizdən belə çıxır ki, onda Çeçenistan,Tatarıstan, Başqırdıstan və sairə ölkələr Rusiyanın tərkibindən çıxa bilərlər. Ölkənin müstəqilliyi əksər ölkələrin həmin ölkənin müstəqilliyini tanıyandan sonra ölkə müstəqil heasab edilir. Məsələn Çeçenistan müstəqillik elan etdi. Və Əfqanıstandakı Taliban hökuməti və hansısa bir başqa ərəb ölkəsi onun müstəqilliyini tanıdı. O demək deyil ki, Çeçenistan müstəqil ölkə hesab edildi. Bu gün Cənubi Osetiyada 5000 və ya 7000 sakin yaşayır, qalanları Rusiyaya köçüb. Osetiya məsələsi başqa mövzudur. 1975-ci ildə Helsinki razılığı nəticəsində müəyyən edilmiş Avropa sərhədlərinin pozulması presedenti çox təhlükəli yoldur. Rusiya üçün Avropada sərhəd dəyişmələri təhlükəlidir.

Andranik Migranyan: Ariel, bu arqument olduqca gülməlidir. 1975-ci ildə Helsinki razılığından sonra hadisələrlə dolu böyük bir tarix olub, onlarla yeni dövlət yaranıb. Və indi demək ki, yeni dövlətlərin yaranması təhlükəliydi düzgün olmazdı. 15 ölkə Sovet İttifaqının ərazisində yaranıb, Yuqoslaviyada, Çexoslovakiyada yeni dövlətlər yaranıb.

XS
SM
MD
LG