Accessibility links

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

  • Amerikanın səsi

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Baş nazir Vladimir Putinlə prezident Dmitri Medvedev arasında vəzifə dəyişməsi haqda elan ardıcıl olaraq Rusiya dövlət televiziyasında yayımlanır. Lakin kameralardan kənarda hər kəs bu dəyişikliyi dəstəkləmir. Belə ki, elandan bir gün sonra nümayiş keçirilir.

Həmrəylik hərəkatının lideri, müxalifətçi İlya Yaşin Moskvanın mərkəzində toplantıda çıxış edir.

İlya Yaşin: “Cənab Medvedevin işi Rusiya konstitusiyasının cənab Putinin Kremlə qayıtmasına imkan vermək üçün müvəqqəti olaraq onun yerini isti saxlamaq məqsədi daşıyırdı.

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Putin qayıtdı, əslində o, heç zaman getməmişdi. Hamı gözəl bilirdi ki, Putin son dörd il ərzində bütün bu dələduz, oğru dəstənin başçısı olmaqda davam edirdi ”

Putin hökumətini korrupsiyada ittiham etməklə yanaşı Yaşin həmdə varli və kasib Rusiya vətəndaşları arasında olan boşluğun daha da genişlənməsində Rusiya oliqarxlarını günahlandırdı.

lyaYaşin: “20 milyon insanın yoxsulluq səviyyəsində yaşadığı Rusiya Forbes jurnalının milyarderlər siyahısında birinci yerdədir. Amma 12 milyon əhalisi olan bu şəhərdə Putin-əleyhinə keçirilən nümayişə cəmi 250 insan gəlib”

İstefada olan zabit Sergey Nikolayeviç kimi başqa adamlar isə bu deyilənlərlə qane olmadı.

Sergey Nikolayeviç: “Mən siyasi vəziyyətdən elə də narahat deyiləm. Neft və qaz olan müvəffəiyyətli ölkədə çətin inqilab baş versin.”

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Rusiya Medvedev-Putin yerdəyişməsini dəstəkləyir? (video)

Küçənin o biri tərəfində, parkda gəzən insanlar isə siyasət haqda danışmaq istəmirlər.

Vladimir Aristarxov nəşriyyat evinin işçisidir. O, seçkilərdə müxalifətdə olan Kommunist partiyasına öz səsini verəcəyini deyir. O, cənab Putinlə cənab Medvedevin hakimiyyətdə hələ uzun müddət qalmalarından ehtiyat edir.

İnternet Televiziya səhifəsi “Dozhd” sorğu keçirərək səhifəni izləyənlərdən Vladimir Putinin Kremlə qayıtmasına vətəndaşların ən yaxşı reaksiyanın nə ola biləcəyini soruşub. Ən məşhur seçim bu olub - mühacirət.

Andrey 34 yaşlı kompyuter işçisidir və o, ölkəni tərk etməyəcək. Lakin o, cənab Putinin hakimiyyətə qayıtmasından da şad deyil.

Andrey və başqaları belə deyirlər ki, əgər qlobal iqtisadi böhran neft və qazın qiymətini aşağı salsa onda Rusiyanın tədbirlə gördüyü siyasi yerdəyişmə Rusiya küçələrində baş verəcək reallıqla üzləşməli olacaq.

XS
SM
MD
LG