Accessibility links

Rusiya prezidenti Vladimir Putinlə və onun çinli həmkarı Si Tszinpinq Şanxayda keçirilən görüşdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üzərində işləyəcəklərini vəd ediblər.

Liderlər enerji, nəqliyyat və infrastruktur sahələrində 49 müqavilənin imzalanmasını izləyib. Müqavilələrin detalları haqda məlumat verilməyib.

Lakin tərəflər Rusiyanın Çini 30 il ərzində təbii qazla təmin etmək barədə uzun zamandır gözlənilən razılıq əldə edə bilməyib.

Buna baxmayaraq, prezident Si Tszinpinq ölkəsinin Rusiya ilə əlaqələrini yüksək qiymətləndirərək, biri-birinin beynəlxalq qüdrətini artırmaq üçün münasibətlərin əhəmiyyətini vurğulayıb.

Bu arada, prezident Putin Rusiya ilə Çin arasında hərbi münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O bunun regional sülhün qorunub saxlanılmasına kömək edəcəyini deyib.

Moskvanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərbin Rusiya hökumətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya dünyadan daha da təcrid olub.

Sanksiyalar Rusiyanı təbii qaz ehtiyatlarının qeyri-Avropa ölkələrinə satışına sövq edib.

Bu isə təbii qaz çatışmazlığı üzündən daş kömürə üstünlük verən Çin üçün olduqca əlverişli ola bilər.

Rusiya rəsmilərinin təbii qazın satışlarında inkişaf olduğunu bildirməsinə baxmayaraq, qazın qiymətinə dair razılığa nail olunmayıb.
XS
SM
MD
LG