Accessibility links

Rusiya İranın pulunu geri qaytaracaq


Russia S-300 anti-aircraft missile system

Russia S-300 anti-aircraft missile system

Rusiya rəsmilərinin sözlərinə görə, ölkə Moskvanın Tehrana hava müdafiə raket sistemi satışını təxirə salandan sonra İrana pul ödəməyi planlaşdırır. Rusiya Dövlət Texnologiyalar İdarəsinin rəhbəri Serqey Çemezov deyib ki, İranın raketlərə görə verdiyi pul geri qaytarılacaq. Müqavilənin ümumi məbləği 800 milyon dollar təşkil edib. Keçən ay Rusiya preizdenti Dmitri Medvedev BMT-nin belə silahların satışına sanksiya tətbiq etməsindən sonra S-300 raket sistemlərinin satışına qadağa qoyub. BMT sanksiyaları iyun ayında tətbiq edib. Cənab Medvedev habelə tank, təyyarə və hərbi gəmilərin satışına da qadağa qoyub.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG