Accessibility links

Rusiya 7 yaşlı oğlanın ölümü ilə bağlı onun valideynlərinə qarşı daha sərt cəza tətbiq edilməsini istəyir

  • Amerikanın səsi

Rusiya müstəntiqləri Rusiyada övladlıq edilmiş 7 yaşlı oğlanın ölümü ilə bağlı onun valideynlərinə qarşı daha sərt cəza tətbiq edilməsini istəyir. Pennsilvaniya məhkəməsi Maykl və Nanett Kreyveri 19 ay müddətinə azadlıqdan məhrum edib.

Rusiyanın Xarici İşlər Nazirliyi məhkəmənin qərarını məsuliyyətsizlik kimi qiymətləndirib. Rusiyanın Federal İstintaq Komitəsi isə cütliyin həbsinə dair beynəlxalq sanksiya tələb ediləcəyini bildirib. Məhkəmə Kreyvlərin 2009-cu ildə beyin zədələnməsindən dünyasını dəyişən Nataniel adlı övladlıqlarının ölümünə qəsdən səbəb olmadığına dair qərar qəbul edib.

XS
SM
MD
LG