Accessibility links

Moskva yeni sanksiyalara cavab veriləcəyilə hədələyir


Сергей Рябков
Сергей Рябков

Rusiya Vaşinqton Ukraynada böhranla əlaqədar Moskvaya qarşı yeni sanksiyalar tətbiq etdiyi yalda, buna cavab verələcəyini bildirib.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonu Kiyevə hərbi yardımın ayrılmasına dair yeni qanun layihəsinin qəbul edilməsi və Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinə görə Rusiya əleyhinə əhval-ruhiyyədə günahlandırıb.

Rusiyanın Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda “Ukraynada Azadlığı Müdafiə Aktı” kimim tanınan qanun layihəsinin açıq qarşıdurma və şantaj xarakteri daşıdığı bildirilib.

Xarici İşlər nazirliyi qanun layihəsinin “dərin təəssüf hissi doğuracağını” və Ukraynada böhranın sona çatdırılması üçün birgə səylərin göstərilməsi imkanlarını yox edəcəyini bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun məsələni bazar ertəsi günü Romada ABŞ Dövlət katibi Con Kerri ilə görüş zamanı müzakirə edəcəyi gözlənilir.

ABŞ Senatının yekdilliklə qəbul etdiyi qanun layihəsində Ukraynaya 350 milyon dollar dəyərində hərbi texnika və sursat göndərilməsi və eyni zamanda, Rusiyanın icracatçılarına qarşı yeni sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

Rəsmi Kiyev və Qərb ölkələrinin hökumətləri Moskvanı Ukraynanın şərqində muxtariyyət istəyən Rusiya tərəfdarı üsyançıları dəstəkləməkdə ittiham edir. Krem bu ittihamları dəfələrlə rədd edərək, üsyançıların tərəfində döyüşən rus əsgələrinin könüllü olduğunu bildirir.

XS
SM
MD
LG