Accessibility links

Rusiya Abxaziya ilə hərbi və iqtisadi əlaqələr barədə yeni saziş əldə edib


Rusiya Gürcüstandan müstəqilliyini elan edən Abxaziya ilə hərbi və iqtisadi əlaqələr barədə yeni saziş əldə edib.

Razılıq Rusiya prezidenti Vladimir Putin və Moskvanın 2008-ci ildən müstəqiliiyini rəsmən tanıdığı Abxaziyanın de fakto prezidenti Raul Xajimba arasında Soçi şəhərində imzalanıb.

Putin deyib ki, sazişin həyata tətbiqi üçün rəqib ərazidə yerləşən və 240 in əhalisi olan Abxaziyaya gələn il ərzində 5 milyard rubl (100 min dollar) vəsait ayrılacaq.

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili razılığı qınayaraq, bunu Rusiya Federasiya tərəfindən Abxaziyanın ilhaqı cəhdi adlandırıb.

Nazir Rusiyanın bu addımını 2008-ci ildə Abxaziya cə Cənubi Osetiyaya görə qısamüddətli müharibəyə son qoyan atəşkəsin pozulması kimi qiymətləndirib

Bu iki region yalnız Rusiya tərəfindən müstəqil ölkələr kimi tanınır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG