Accessibility links

Kreml Rusiya prezidentinin ABŞ dövlət katibi ilə keçirdiyi müzakirələrdən sonra münasibətlərin inkişaf edəcəyinə dair nə isə söyləməyin çox tez olduğunu bildirib.

Dünyanın iki nəhəng nüvə qüdrətinin problemlərin həlli üçün davamlı dialoqa ehtiyacı var

Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva görüşü konstruktiv keçib. O, dünyanın iki nəhəng nüvə qüdrətinin problemlərin həlli üçün davamlı dialoqa ehtiyacı olduğunu bildirib.

Peskov deyib ki, Putin görüş zamanı hazırkı münasibətlərə nəyin mane olduğuna aydınlıq gətirib.

ABŞ prezidenti Donald Tramp dünən Moskva ilə ABŞ münasibətlərinin ən aşağı səviyyədə olduğunu bildirib.

Bu əhval-ruhiyyə ABŞ dövlət katibinin Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında da müşahidə edilib.

Tillerson və Putin

Tillerson və Putin

Bu gün isə Trampın Twitter hesabındakı yazısında nikbinlik nəzərə çarpır. "ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq. Doğru zamanda hər kəs öz hisslərinə qayıdacaq və davamlı sülh əldə ediləcək!"

Putin isə Rusiyanın dövlət tele-kanalına müsahibəsi zamanı Rusiya-Amerika əlaqələrinin Trampın 3 ay əvvəl hakimiyyətə gəlməsi ilə pozulduğunu deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG