Accessibility links

Rusiyanın Provoslav Kilsəsinin lideri Antarktidanın Vaterlu adasında yerləşən Bellinqşausen elmi araşdırma mərkəzinə səfər edib.

Rusiya və xarici aradırmaçılar Antarktikada yeganə Ortodoks ibadətgahı olan Müqəddəs Triniti kilsəsində patriarx Kirilin dini ayininə qatılib.

Daha sonra patriarx Antarktida materikində pinqvinləri müşahidə edib və onların davranışlarını araşdıran alimlərlə danışıb.

Kiril Antarktidaya Latın Amerikasına səfərinin son dayanacağı olan Çilidən gedib.

Rusiyanın Pravoslav Kilsəsinin rəhbəri Kiril və Roma Katolik Kilsəsinin lideri Fransis Kubada görüş keçiriblər. Bu, son 1000 il ərzində iki kilsə arasında keçirilən ilk görüşdür.

Roma Papası Fransis və Kiril Yaxın Şərqdə xristianları zorakılıqlardan qorumaq üçün birgə bəyanat yayıb.

XS
SM
MD
LG