Accessibility links

Rusiya Avropa Birliyini avronu sabitləşdirməyə çağırıb


Rusiya Avropa Birliyini avronu sabitləşdirməyə çağırıb

Rusiya Avropa Birliyini avronu sabitləşdirməyə çağırıb

Rusiyanın xarici valyuta ehtiyalarının bir hissəsini avro təşkil edir

Rusiya prezidenti Dmitri Medvedev Avropa Birliyini onun vahid valyutası olan avronu sabitləşdirməyə çağırıb. O bildirib ki, avronun sabitliyi Rusiya da daxil olmaqla Avropa Birliyinin ticarət tərəfdaşları üçün çox vacibdir.

Cənab Medvedev şənbə günü Almaniyada müxbirlərə deyib ki, Rusiya Avropanın vahid valyutasının taleyinə biganə deyil, çünki Rusiyanın xarici valyuta ehtiyalarının bir hissəsini avro təşkil edir.

Rusiya prezidenti cümə günü Almaniyada kansleri Angela Merkellə qlobal və ikitərəfli məsələləri müzakirə etmək üçün Almaniyaya səfər edib.

Almaniya lideri ilə danışıqlardan sonra cənab Medvedyev Avropa Birliyinin tədbirlər paketinin avronu stabilləşdirəcəyinə inandığını bildirib.

Bu ayın sonu 20 ölkənin maliyyə nazirləri və mərkəzi bankların direktorları dünya iqtisadiyyatı və maliyyə sisteminin stabilləşdirilməsi yollarını müzakirə etmək üçün Kanadada görüş keçirəcək.

XS
SM
MD
LG