Accessibility links

Rusiya ballistik raket sınağı keçirib


Rusiya nüvə başlıqları daşıya biləcək qitələrarası ballistik raketi müvəfəqqiyyətlə sınaqdan keçirib.

Rusiya Müdafiə nazirliyi “Bulava” tiplil raketin cümə günü Barens dənizində sualtı qayıqdan buraxıldığı haqda məlumat verib.

Müdafiə nazirliyinin bildirdiyinə görə, raket Rusiyanın Uzaq Şərq bölgəsində Kamçatka yarımadasında hədəfinə çatıb. “Bulava” tipli ballistik raketin 8 min kilometr məsafəni qət etmək və 10 nüvə başlığı daşımaq qabiliyyətinə malik olduğu bildirilir.

Bu tipli raketlərin istehsalı 2009-cu ildən başlayıb. Bundan əvvəl bir neçə sınaq uğursuz nəticələnib, lakin raket keçən ay istifadəyə verilib.

Rusiya “Bulava” raketini yer, su və havadan buraxa bilən nüvə hücumuna qarşı daşındırıcı silahların əsas komponentlərindən biri hesab edir.

XS
SM
MD
LG