Accessibility links

Rusiya və Baltikyanı ölkələr arasında gərginlik artır


FILE - Duma members listen to Russian Prime Minister Dmitry Medvedev who delivers a speech during a session at the State Duma, the lower house of parliament, in Moscow.
FILE - Duma members listen to Russian Prime Minister Dmitry Medvedev who delivers a speech during a session at the State Duma, the lower house of parliament, in Moscow.

Rusiyanın Baş Prokurorluğu 1991-ci ildə Sovet İttifaqının Litva, Latviya və Estoniya verilən müstəqillik qərarının hüquqiliyi ilə bağlı istintaqa başlayıb.

Çərşənbə axşamı elan olunan bu təşəbbüs Baltikyanı ölkələrin narahatlığı ilə yanaşı, 2014-cü ilin mart ayında Rusiyanın Krımı işğal etdikdən sonra Moskva ilə onsuz da gərgin olan münasibətlərini daha da mürəkkəbləşdirib. Hər üç Baltikyanı dövlət son bir ildə hərbi xərclərini artırıb.

Vahid Rusiya Partiyasını təmsil edən iki millət vəkili Rusiya prezidenti Vladimir Putinlə görüşərək, Litva, Latviya və Estoniyanın müstəqilliyini tanıyan prokurorların qərarını sual altına alıb.

Litva prezidenti Dalya Qribauskayte öz növbəsində Litva xalqının müstəqilliyini qan və qurbanlar hesabına əldə etdiyini və heç kimin bunu şübhə altına almaq hüququna malik olmadığını bildirərək əlavə edib ki, “Taleyimiz haqqında qərarları yalnız biz özümüz verə bilərik.”

“Dövlət Dumasında müzakirəyə çıxarılan bu təşəbbüs qəbuledilməzdir.” Bu sözləri isə Latviyanın LETA xəbər agentliyinə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib.

Estoniyanın xarici işlər naziri Keyt Pentus-Rozimannus Reuters agentliyinə verdiyi açıqlamada bu müzakirələrin bütövlükdə cəfəngiyyat olduğunu və Rusiyada hələ də imperializm abu-havasının mövcud olduğundan xəbər verirdiyini bildirib.

Çərşənbə günü rəsmi Kreml bu mövzuda hər hansı məlumata sahib olduğunu inkar edib. Vyanada jurnalistlərlərlə söhbət edən xarici işlər naziri Serqey Lavrov millət vəkillələrinin bu təşəbbüsü haqqında məlumatsız olduğunu bildirərək, Rusiyanın Baltikyanı ölkələrlə diplomatik münasibətlər və beynəlxalq razılaşmaların mövcud olduğunu vurğulayıb.

Latviya, Litva və Estoniyada rusdilli azlıqlar mövcuddur. Məhz bu səbəbə görə Baltikyanı ölkələr keçən il Putinin “Ehtiyac yarandığı halda xaricdə yaşayan rusdilli əhalinin müdafiəsi üçün hərbi müdaxilə edilə bilər” ifadəsindən sonra hələ də narahatlıq keçirməkdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG