Accessibility links

Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi ilə bağlı narahatlıqlar artır [Video]


Təhlilçilər xəbərdarlıq edir ki, Moskva keçmiş Sovet İttifaqının Baltik dövlətləri olan Estoniya, Latviya və Litvada sabitliyi pozmaq istəyir

Bu həftə Estoniyalnın təhlükəsizlik əməkdaşının casusluq ittihamları səbəbilə Rusiya tərəfindən 15 il müddətinə həbs olunması Moskva və Baltik dövlətlər arasında artan gərginlik zamanı baş verən ən son hadisədir. NATO Rusiyanın Baltik dövlətlərin rusəsilli əhalisi arasında iğtişaş yaratmağa çalışmasından narahatdır.

Estoniya cəmiyyətində və bütövlükdə Baltik xalqları arasında sosial gərginliklər yaratmaq məqsədilə təhrikçilik olunur. Bu isə o deməkdir ki, təhlükə olduqca realdır

NATO Riqada Strateji Rabitə Mükəmməliyi Mərkəzi açıb. Bu mərkəz kiber müharibəni dayandırmağa və Rusiya propaqandasının qarşını almağa yönəlib. Cümə axşamı mərkəzin açılışında iştirak edənlərin sırasında ABŞ senatoru Con Makkeyn də olub.

“Mərkəz NATO insanlarına və hətta Baltik xalqlarına həqiqət və reallıqları çatdırır və mən əminəm ki, biz bu propaqandandın qarşısını ala bilərik. Çünki bu səhvdir.

Təhlilçilər xəbərdarlıq edir ki, Moskva keçmiş Sovet İttifaqının Baltik dövlətləri olan Estoniya, Latviya və Litvada sabitliyi pozmaq istəyir. Rusiya isə bu ittihamları rıdd edir.

“Estoniya cəmiyyətində və bütövlükdə Baltik xalqları arasında sosial gərginliklər yaratmaq məqsədilə təhrikçilik olunur. Bu isə o deməkdir ki, təhlükə olduqca realdır.”

Eston Kohver

Eston Kohver

Sutyagin deyir ki, Moskva təbliğatını vətəndaş olmayan, yəni Baltik dövlətlərdə yaşayan, amma Rusiya passportu daşıyan insanlara yönəldir.

“Onlara vətəndaşlıq lazım deyil. Amma bu o demək deyil ki, onlar Rusiyanı dəstəkləyirlər və ya Rusiyanın həyatlarına müxadilə etməsini istəyirlər.”

Estoniya, Latviya, Litva NATO üzvləridir və blokun 5-ci maddəsinə əsasən kollektiv müdafiə hüququna malikdirlər.

2014-cü ilin sentyabrında Rusiya ortaq sərhəddə Estoniyalı təhlükəszilik əməkdaşı Eston Kohveri saxlayıb və bu həftə onu casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edib. Estoniya Kohverin günahsız olduğunu və Estoniya torpağında ələ keçirildiyini iddia edir. Sutyaginin sözlərinə görə isə bunun NATO üçün böyük nəticələri ola bilər.

Litva və Latviya Rusiyadan gələn təhlükə ilə bağlı narahatlıqlarını tez-tez ifadə etsələr də müdafiə xərcləri ÜDM-nin sadəcə 1 faizini təşkil edir

“Artıq NATO torpağında bir işğal halı qeydə alınıb, bu da Kohverin Estoniyadan qaçırılmasıdır ki, heç kəs buna reaksiya verməyib. Bu isə təhlükənin burada olduğunu göstərir və bu, bir dərsdir.”

Estoniya Rusiyadan gələn təhlükəyə cavab olaraq müdafiə xərclərini ümumdaxili məhsulun iki faizinə artırıb. Digər Baltik dövlətləri isə buna əməl etməyiblər.

“Litva və Latviya Rusiyadan gələn təhlükə ilə bağlı narahatlıqlarını tez-tez ifadə etsələr də müdafiə xərcləri ÜDM-nin sadəcə 1 faizini təşkil edir.”

Birləşmiş Ştatlar Estoniya, Litva və Latviyada tanklar, toplar və digər ağır silahlar yerləşdirib. Vaşinqton bu ölkələrin ərazi bütövlüyünü qorumaq ideyasına sadiq olduğunu bildirib.

XS
SM
MD
LG