Accessibility links

Rusiya, Belarus və Qazaxıstanın liderləri azad ticarət və iqtisadi siyasətin uyğunlaşdırılması məqsədilə birliyin yaradılmasına dair saziş imzalayıblar.

Qazaxıstan paytaxtında keçirilən mərasim zamanı Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın prezidenti Nursultan Nazarbayev sazişi tarixi sənəd adlandırıblar.

Belarusiya prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyinin yaradılmasına dair sazişi region ölkələrini bir-biri ilə əlaqəda saxlayan bir razılıq kimi qiymətləndirib.

Avrasiya İqtisadi Birliyi üç ölkə arasında mövcud gömrük ittifaqına əsaslanır.

Fevral ayında Rusiya tərəfdarı prezidentin hakimiyyətdən devrilməsindən sonra Ukrayna da birliyə daxil olmamaq qərarını vermişdir.
XS
SM
MD
LG